?AtaHoldinq?in baz sponsorluğu ilə ????, ???, ??????nın yay sessiyası iyunda bazlayacaq

img

13-05-2009 [06:11]


[b]?AtaHoldinq? ASC-nin baş sponsorluğu ilə ????, ???, ?????? oyununun 2009-cu il üzrə bahar sessiyası başa çatdı. ?Büllur Bayquş? mükafatı uğrunda 3 komanda mübarizə apardı. Birinci oynayan Tahir Musayevin komandası çox maraqlı oyun nümayiş etdirsə də teletamaşaçılara 6:4 hesabı ilə məğlub oldu.[/b] İkinci oyunda Cəlal Orucovun komandası teletamaşaçılara 6:4 hesabı ilə qalib gəldilər və final oyunda ?Büllur Bayquş? uğrunda mübarizə aparmaq şansını qazandılar. Üçüncü oyunda Anar Nəcəflinin komandası oynadı. Verilişin qonağı Cavad Zeynallının verdiyi sual komandanın uduzmasına səbəb oldu. Sualın cavabı düzgün hesab olunması ehtimalı olsa da, düzgün cavab kimi qəbul olunmaması, komandanın məğlub olmasına səbəb oldu. Cavad Zeynallı tərəfindən verilən sualın cavabı ekspertlər tərəfindən növbəti oyunda müzakirə olunmağına və komandanın düzgün cavab verməsi təsdiq olunsa da, komandanın qalib olması təsdiq olunmadı. Anar Nəcəflinin komandası teletamaşaçılara 6 : 3 hesabı ilə uduzdu. Qeyd edək ki, Anar Nəcəflinin komandası məhz 2008-ci il final oyunun qalibi olmuş və ?Büllur Bayquş? mükafatına layiq görülmüşdür. Final oyunda Cəlal Orucovun komandası ?Büllur Bayquş? uğrunda mübarizə apardılar. Musiqi pauzasında Manana rus dilində gözəl mahnı ifa etdi. Oyunda maraqlı suallar səsləndi. Gərgin mübarizəyə baxmayaraq komanda teletamaşaçılara 6 : 5 hesabı ilə uduzdu. Oyunda teletamaşaçılar ?AtaBank? və ?AtaSığorta? ASC-dən depozit kartları, sığorta paketləri və s. qazandılar. Final oyunda ?AtaSığorta? ASC nümayəndəsi Fuad Əliyev tərəfindən seçilən ən yaxşı sualın müəllifi Nigar Hüseynovaya dəyəri 55 000 AZN-dən yuxarı olan 5+ sığorta paketi təqdim olundu. Nigar Hüseynova ?AtaHoldinq? ASC nümayəndəsi Teymur Abdurəhimov tərəfindən də bahar sessiyasının ən yaxşı sual müəllifi seçildi və ?Büllur Bayquş? mükafatı, ?AtaBank? ASC-dən 1000 AZN məbləğində depozit sertifikatı qazandı. Final oyunda teletamaşaçıların xeyrinə 5-ci xalı gətirmiş sual müəllifi 555 AZN məbləği qazandı. ????, ???, ?????? oyununun 2009-cu il yay sessiyası üzrə oyunları 02 iyun 2009-cu il tarixində başlayacaq. Yay sessiyasında Rövşən Əskərovun, Mehdi Mirsəlimov və Rafael Mirqulamovun komandaları teletamaşaçılara qarşı mübarizə aparacaqlar. Həmçinin, bahar sessiyasında bir oyun Azərbaycan dilində keçiriləcək. ????, ???, ?????? oyununa sual göndərmək istəyən tamaşaçılar suallarını ?AtaBank? ASC-nin paytaxt və rayonlarındakı filial və şəbəkələrinə, eləcə də www.gametv.az internet səhifəsindən göndərə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA