Mirzə Sakit müalicə olunur

img

13-05-2009 [05:55]


?Azadlıq? qəzetinin ötən ay məhbəs həyatı ilə vidalaşmış əməkdaşı Mirzə Sakitin imzasının mətbuat səhifələrində görünməməsi müxtəlif söz-söhbətlərin meydana çıxmasına səbəb olub. Mətbu dairələrdə satiriklə qəzet rəhbərliyi arasında problem yarandığına dair xəbərlər dolaşır. Məlumatlara görə, ?Azadlıq? qəzetinin rəhbərliyi Mirzə Sakitin şeirlərinin dərcindən imtina edib. Mirzə Sakit isə Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yayılan xəbərləri şayiə adlandırıb. Satirik son günlər şeirlərinin ?Azadlıq? qəzetində dərc edilməməsini səhhətində yaranmış problemlə əlaqələndirib: ?İnsan məhbəsdə yatanda müxtəlif xəstəliklərə mübtəla olur. Həbsxanadan çıxandan sonra müalicə olunmağa vaxt tapmamışdım. İndi ciddi şəkildə müalicə olunur, səhhətimdəki problemləri aradan qaldırmağa çalışıram. İnşallah, ən qısa zamanda yenidən bədii yaradıcılıqla məşğul olmağa başlayacağam. Oxucular yaxın günlərdə şeirlərimi yenə ?Azadlıq? qəzetində oxuya biləcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR