Əflatun Amazov həbsdə olan jurnalistlərlə görüzəcək

img

22-05-2009 [05:08]


?Mən Mətbuat Şurasının sədri olaraq həbsdə olan jurnalistlərlə görüşmək istəyirəm?. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. O, bu görüşün yaxın günlərdə reallaşacağını da nəzərə çatdırıb. ?Mətbuat Şurası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə məktub göndərib. Çox güman ki, bu görüş yaxın günlərdə baş tutsun?. Ə.Amaşov Milli Mətbuat günü bir sıra tədbirlər keçiriləcəyini də deyib: ?Bayramla bağlı Mətbuat Şurası yeni tədbirlər planı hazırlayır. Ölkənin bir çox yerlərində tədbirlər keçirilməsi planlaşdırılır?. Şura sədri Milli Mətbuat günü münasibətilə ölkə prezidentinin jurnalistləri mükafatlandıracağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, əsasən Milli Mətbuat gününün yuvarlaq tarixlərində prezident tərəfindən hər hansı mükafatların verilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR