Muğam Teatrının 20 yazı qeyd ediləcək

img

12-05-2009 [03:30]


Muğam Teatrının 20 illiyi ilə bağlı mərasimin keçiriləcəyi vaxt müəyyənləşib. Tatrın direktoru Arif Qazıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, mərasim mayın 26-a təyin olunub. ?Biz bu yubileyi dövlət səviyyəsində keçiririk. Məlum səbəblər ucbatından mərasim hər ay təxirə salınırdı. Artıq mərasimin keçiriləcəyi gün məlumdur. Hazırda yubileylə bağlı məşqlər aparılır. Gecəyə ölkənin tanınmış şəxsləri, elm, mədəniyyət və teatr kollektivləri dəvət olunublar. Ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da dəvətnamə göndəriləcək?. Qeyd edək ki, teatrın 20 illiyi ilə bağlı tədbir Heydər Əliyev Sarayında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA