Ramiz Quliyev Aysellə Arazın klipində tarın yerə çırpılması epizoduna etiraz edir

img

07-05-2009 [04:32]


Mayın ayının sonlarında Kalininqrad şəhərində ?Kəhrəba boyunbağı? 24-cü beynəlxalq musiqi festivalı keçiriləcək. Azərbaycanı həmin festivalda xalq artisti, tanınmış tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev təmsil edəcək. Ramiz Quliyevin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sözügedən müsabiqəyə dünyanın ən məşhur müsiqiçiləri dəvət olunublar: ?Bu müsabiqədə vaxtilə Rastropoviç, Müslüm Maqomayev, Tamara və digər böyük dirijorlar da iştirak ediblər. İstəyirəm ki, Azərbaycan musiqiçiləri qatıldıqları bütün festivallarda vətənə qələbə ilə dönsünlər?. Xalq artisti ?Avrovizion? musiqi yarışmasında ?Always? mahnısına ekranlaşdırılmış klipdəki tarla bağlı epizoda da münasibət bildirib: ?Azərbaycan tarının yerə çırpılması xalqa, millətə və tara qarşı hörmətsizlikdir. Açığını deyim ki, mən Aysellə Araşın klipini ətraflı izləməmişəm. Əgər deyilənlər həqiqətdirsə, yəni Araş klipdə tarı yerə çırpıbsa, qoy onda bilsin ki, Azərbaycan tarı onun əlində deyil. Bu saat tar Tarının əlində, İlahinin varlığındadır. Mənən heç kəsin əli çatmaz ki, onu yerə çırpsın. Sadıqcan bir vaxtlar tarı dizindən sinəsinə qaldırıb. Tarın ancaq müqəvvasın yerə vura bilərlər. Bu gün dünya tarı ayaqüstə alqışlarıyır, onu yerə necə və kim vura bilər? Tar Azərbaycan xalqının səsidir. Onun kiminsə yerə vurmağa nə haqqı var, nə də gücü çata bilər?. Tarzənin sözlərinə görə, o, Aysellə Araşın klipində tar səsi eşidib: ?Bu, 10-15 saniyəlik ifa ?Bayatı-şiraz? muğamı üstündə idi. Azərbaycan tarını bu müddətdə elə ifa etmək lazımdır ki, bütün Avropanın gözü həsrətdə qalsın. Hamı desin ki, İlahi, bu nə sehirdir? Tar həmin klipdə ildırım kimi gəlib keçməliydi. Orada elə bir variant işlətməliydilər ki, tar mahnıya yapışsın. Yəni, bu, Azərbaycanın muğam xəzinəsindən xəbər verən bir ifa olmalı idi. Amma Aysellə Araşın ifasındakı tar mənə çatmadı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA