Əbülfəs Qarayev yazarlara ?Qızıl kəlmə? mükafatı verib

img

06-05-2009 [07:40]


Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ?Qızıl Kəlmə? Ədəbi Mükafatının təqdimat mərasimi keçirildi. Mərasim Mədəniyyət və Turizim naziri Əbülfəs Qarayev, daha sonra xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın çıxışından sonra açıq elan olundu. Əbülfəs Qarayev, Ədalət Vəliyev, Nizami Cəfərov, Sabir Rüstəmxanlı, Rəşad Məcid və digərlərindən ibarət komissiya üzvləri müsabiqəyə təqdim olunan 38 adda əsərin 4 nominasiya üzrə qaliblərini təqdim etdilər. Publisistika nominasiyasının qalibi ?Görkəmli adamların həyatı? seriyasından ?Heydər Əliyev? kitabına görə Hüseynbala Mirələmov elan edildi. ?Dolu? romanına görə yazıçı Aqil Abbas, ?13-cü həvari ? Don Juan? romanına görə yazıçı Elçin Hüseynbəyli Nəsr nominasiyası üzrə qalib oldular. Poeziya nominasiyasında isə ?Qalmaz belə, qalmaz dünya? şerlər kitabına görə şair Zakir Fəxri, 4 cildlik seçilmiş əsərlərinə görə Taleh Həmid təltif edildilər. Bədii tərcümə nominasiyasında Mixail Bulqakovun ?Master və Marqarita? romanının tərcüməsinə görə Saday Budaqlı, Gülşən Lətifxanlının ?Azər və Aida? romanının tərcüməsinə görə Məmməd Oruc qalib oldular. Sonda ?Nadir Şah? romanına görə Yunus Oğuz və İlyas Göçmənin şəkil dəftəri? şerlər kitabına görə Səlim Babullaoğlu ?Şans ödülü?nün qalibləri oldular.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA