Nadir Əzimovla ilhamə Quliyevanın yeni layihəsi var

img

05-05-2009 [03:10]


Bəstəkar Nadir Əzimov xalq artisti İlhamə Quliyeva ilə birlikdə yeni layihə üzərində çalışır. Bəstəkarın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, yaxın zamanlarda təqdim ediləcək bu layihə əvvəlki dostları yenidən bir araya gətirib: ?Uzun zaman idi ki, İlhamə xanımla küsülü idim. Amma telekanalların birində barışdıq və sonra yeni bir layihəyə imza atdıq. Düşünürəm ki, İlhamə xanıma yazdığım bu mahnı onun repertuarında olan hit mahnılardan birinə çevriləcək. Bu isə bizi küsdürən, bir-birimizdən incik salmağa çalışan düşmənlərə ?dərs? olacaq?. Bəstəkarın yaradıcılığı bununla kifayətlənmir. O, eyni zamanda müğənni İlqar Sail, Elariz, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Lalə Məmmədova ilə də yeni mahnılar üzərində işləyir. Bəstəkar bu mahnılardan ibarət disk buraxdırmağı da düşünür. Nadir Əzimov konsert proqramı da təşkil etmək niyyətindədir. Amma konsertlə bağlı bütün işlər görülsə də, vaxtı və məkanı hələ ki, bəlli deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA