Bakı Uzaq Teatrı 8 yazını qeyd edəcək

img

04-05-2009 [03:06]


Bakı Uşaq Teatrı ad gününə hazırlaşır. Müstəqil İnformasiya Agentliyinə bu barədə məlumat teatrın direktoru İntiqam Soltan tərəfindən verilib. 8 yaşını qeyd etməyə hazırlaşan teatrda bu günə qədər 35 tamaşa səhnələşdirilib: ?Bakı Uşaq Teatrı yaranan gündən dinclik tapmayıb. Nə az, nə çox 35 tamaşa səhnəlişdirmişik. Biz həmişə cəmiyyəti düşünmüşük. Odur ki, repertuarımıza müxtəlif səpkili tamaşalar daxil etmişik. Onların arasında rus dilində olan tamaşalar da var. Bundan başqa, lal və kar uşaqlar üçün də yeni layihələr təqdim etmişik. Bizim bu layihələr valideynlər tərəfindən gözəl qarşılanıb?. Mayın 11-də Sarabski adına Mədəniyyət evində keçiriləcək mərasimdə həm də sözügedən 35-ci tamaşanın təqdimatı olacaq. Bu tamaşa ?Sehirli çarıxlar? adlanır. Direktorun sözlərinə görə, sözügedən tamaşa 4 il bundan əvvəl Bakı Uşaq Teatrının repertuarına salınıb: ?O vaxt bu tamaşını Salman Qaraçöplü hazırlamışdı. İndisə Zaur Əlioğlu ?Sehirli çarıxlar? tamaşasını tamamiylə yeni quruluşda və yeni heyətdə təqdim edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA