Səbirə həmkarlarını fahizə adlandırdı

img

03-05-2009 [04:07]


Bir neçə il öncə şou-biznesin kandarında çırpınaraq içəri daxil olmaq istəyən gənc müğənni Səbirə Rəhimovanın heç bir səyi özünü doğrultmadı. Çox istedadlı, gözəl səsə malik olmasına baxmayaraq, sənətçi özünü nə müsabiqələrdə iştirak etməklə, nə də qalmaqallarla gündəmə gətirə bilmədi. Xatırladaq ki, S.Rəhimova "Yeni ulduz" müsabiqəsində belə münsiflərin rəğbətini qazanmağı bacarmadı. Özünü populyar həmkarı Tünzalə Ağayevaya bənzətməsi, hətta soyunması belə Səbirənin karına gəlmədi. Əli işdən soyuyan Səbirə "ulduzluq girdabı"ndan uzaqlaşaraq, əvvəlki kimi sıravi, "boz" müğənni həyatı yaşamağa məcbur oldu. Bu yaxınlarda Səbirənin Dubayda klip çəkdirməsi və yenidən gündəmə gəlmək arzusunda olması barədə eşitdik. Xəbərin doğruluğunu öyrənmək üçün müğənni ilə əlaqə yaratdıq. Lakin sorğumuz onu yaman əsəbiləşdirdi: "Mənim Dubayda nə işim? Onu deyən qələt eləyir. Mən fahişə deyiləm. İndi belələri qabağa gedir. Mənim kimi Allaha ibadət edənlər isə heç nə edə bilmirlər. Bu dövrdə doğruluqla heç nə etmək olmaz! Belə şou-biznesə girmək də istəmirəm". Səbirənin ittihamlarına ötən il Dubayda klip çəkdirən gənc müğənni Günel Ələkbərovanın münasibətini öyrəndik: "Çox maraqlıdır ki, bu sözləri məhz Səbirə deyir. Məsələ burasındadır ki, məndə olan məlumata görə, onun özü vaxtilə Dubayda, Bəhreyndə "işləyib". Dubayda klip çəkdirməyə pis baxanlar isə, hər şeyi öz səviyyələrinə görə ölçürlər. Mənə də klipimin Dubayda çəkilməsinə görə, qara yaxanlar oldu. Mən onları məhkəməyə verdim, çünki şərəf və ləyaqətin alçaldılmasına yol verənlərdən deyiləm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA