Hadisənin konsertinin ləğv olunması Neft Akademiyasındakı qanlı olayla bağlı deyil

img

01-05-2009 [03:52]


Dünən Neft Akademiyasında baş verən faciə, rəsmən elan olunmasa da, ölkədə fövqəladə vəziyyət yaradıb. Təbii ki, belə şəraitdə telekanallarda, radiolarda əyləncə xarakterli verilişlərin efirə verilməsi, o cümlədən konsertlərin həyata keçirilməsi arzuolunmazdır. "Səs" şirkətinin "Avroviziya-2009" müsabiqəsində Türkiyəni təmsil edəcək gənc müğənni Hadisənin Heydər Əliyev Sarayında keçiriləcək konserti də təxirə salındı. Lakin təəccüblü də olsa, buna səbəb heç də paytaxtımızda baş verən qanlı olay olmayıb. "Səs Orqanization"un mətbuat katibi konsertin baş tutmamasının səbəblərini KİV-ə belə açıqlayıb: "Hadisənin musiqiçiləri və rəqs qrupu Danimarka və Belçikada gəlmədikləri üçün konsert ləğv olunub. Satılan biletlər geri qaytarılır. Hadisənin konsertinin "Avroviziya" müsabiqəsinə kimi keçirilməsi artıq real deyil, çünki artıq yarışmanın məşqlərinə start verilib. Lakin konsertin müsabiqədən sonra baş tutması istisna edilmir". Qeyd edək ki, sözügedən konsertin biletləri onun keçirilmə tarixindən bir neçə gün öncə artıq satılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA