?Kocaelispor? Rəzad Sadıqovla müqaviləni uzatmaq istəyir

img

25-04-2009 [02:43]


Hazırda Super liqada qalmaq uğrunda mübarizə aparan ?Kocaelispor? birinci diviziona düşsə belə, Rəşad Sadıqovla yollarını ayırmayacaq. Qol.Az-ın məlumatına görə, bu xəbəri ?Özgür Kocaeli? qəzeti yayıb. Mənbə İzmit klubunun həmyerlimizi heç vəclə əlindən buraxmaq istəmədiyini yazıb: ?Dövrələrarası fasilədə 16 yeni futbolçu transfer edən rəhbərlik bu futbolçuların çoxu ilə 6 aylıq müqavilə bağlayıb. Konqolu Mazuşa, sloveniyalı Luka Zinko, nigeriyalı Akeem Agbetu və qürbətçi Mesut Eşlik istisna olmaqla digərlərinin müqavilələri mövsümün sonunda başa çatacaq. Bu futbolçular arasında müdafiənin başarılı isimləri Rəşad və Semih, eyni zamanda Ross, Ergün, Levent Kartopun da adları var. ?Kocaelispor? birinci diviziona düşərsə,bu futbolçulardan sadəcə Rossla müqavilənin müddəti uzadılmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA