"Bakı" futbol klubu "Olimpik"in bütün zərtlərini qəbul edib

img

10-04-2009 [01:52]


"Bakı" futbol klubu bu gün "Olimpik" komandasının mətbuat xidməti tərəfindən səsləndirilən tələblərlə bağlı rəsmi açıqlama ilə çıxış edib: "5 aprel 2009-cu il tarixdə XVII Azərbaycan Premyer liqası 20-ci turu "Olimpik"-"Bakı" (2:1) qarşılaşmasında ədalətli oyun qaydalarının kobudcasına pozulması, qazanılan qələbənin layiqli olmadığını bildirir, bunun Azərbaycan futbolu üzərinə ləkə salacaq bir hal kimi dəyərləndirərək hər iki tərəfin razılığı ilə oyunun yenidən keçirilməsini təklif edirik. Sevindirici haldır ki, "Olimpik" klubunun rəhbərliyi vəziyyəti təhlil edərək ədalət prinsiplərinin pozulması, oyunçularının Azərbaycan idmanı adına gətirdiyi ləkənin silinməsi üçün oyunun yenidən keçirilməsinə razılıq verib. "Bakı" futbol klubu "Olimpik"in bu xoş məramlı addımını alqışlayır. Bununla bərabər bu gün (10 aprel 2009) "Olimpik" klubu tərəfindən bir neçə şətrlər irəli sürülüb ki, "Bakı" futbol klubu bununla bağlı xüsusi açıqlamaya eytiyac duyulduğunu nəzərə alaraq irəli sürülən şərtlərlə bağlı mövqeyini bildirir: 1-ci şərt: "Olimpik" son oyunla bərabər, birinci dövrədə keçirilən və "Bakı"nın qələbəsi ilə başa çatan (3:1) oyunun nəticəsinin ləğv edilməsini və yenidən keçirilməsini tələb edir. "Bakı" futbol klubu ilk dövrədə əldə olunan qələbənin təmiz idman şəraitində qazanıldığını, oyunun nəticəsinin hakim səhvləri səbəbi ilə ləğv olunmasını mümkünsüz və absurd tələb hesab edir, bununla belə "Oilimpik" klubunun xoş məramını nəzərə alaraq bu şərtlə razı olduğunu bildirir. 2-ci şərt: Hər iki oyun azarkeşlərsiz keçirilsin. "Bakı" futbol klubu bu şərti məqbul hesab edir və AFFA-nın bu oyunla bağlı qəbul edəcəyi istənilən (məkan, zaman, hakimlik və s.) qərarla razılaşacağını bildirir. 3-cü şərt: Oyunu idarə etməyə xaricdən hakimlər dəvət olunsun. "Bakı" futbol klubu "Olimpik" rəhbərliyinin bu şərtini də qəbul edir və AFFA-nın bütün mümkün qərarları ilə razı olduğunu bildirir. 4-cü şərt: ?Olimpik? tərəfi oyunlar zamanı təhlükəsizliyə təminat vermir. "Bakı" futbol klubu AFFA-nın qərarı ilə keçiriləcək oyunlarda təhlükəsizliyi təmin etməyə hazırdır və bu barədə müvafiq yazılı zəmanət verir. Beləliklə, "Bakı" futbol klubu "Olimpik"in irəli sürdüyü bütün şərtləri qəbul edir və əldə olunan razılıq əsasında "Bakı" və "Olimpik" klublarının AFFA və PFL rəhbərliyinə birgə müraciət imzalanmasına çağırır. Hər iki klubun bu şərtlər əsasında oynamağa hazır olduğunu bildirən rəsmi sənəd AFFA-ya ünvanlanmalıdır. "Bakı" futbol klubu "Olimpik" klubunun bütün şərtlərini qəbul edir və birgə sənədin imzalanması üçün "Olimpik" klubunun səlahiyyətli şəxsinin iştirakını gözləyir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA