PFL "Qarabağ"a oyunlarını Quzanlıda keçirməyə icazə verdi

img

22-04-2009 [02:10]


Ağdamın "Qarabağ" klubu Premyer Liqanın son 2 ev oyununu, həmçinin Azərbaycan Kubokunun təkrar yarımfinal qarşılaşmasını Quzanlıdakı Olimiya İdman Kompleksində keçirəcək. Peşəkar Futbol Liqasının nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena, oyunların keçirilməsi üçün yararlı hesab edilib. Ot örtüyü ilə bağlı azacıq çatışmazlıqlar var ki, "Qarabağ" klubu bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürüb. Bu haqda Supersport.Az-a PFL-in mətbuat xidmətindən məlumat verilib. Beləliklə, Premyer liqanın XXIV turu çərçivəsindəki "Qarabağ" - "İnter" matçı Ağdamda keçiriləcək və AzTV ilə canlı yayımlanacaq. "İnter"in prezidenti Georgi Nikolov Supersport.Az-a açıqlamasında bu qərarla razı olduğunu bildirib: "Məsələ ilə bağlı qəti qərar verildiyini ilk olaraq sizdən eşidirəm. Əgər qərar rəsmidirsə, biz heç nə edə bilmərik və bununla barışmağa məcburuq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA