?Futbol oynayaq ? sağlamlığı qoruyaq? devizi altında tədbirlərə start verilib

img

14-04-2009 [01:33]


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası respublikda futbolun təbliği və inkişafı istiqamətində apardığı işlər çərçivəsində Bakı şəhərinin orta məktəblərində ?Futbol oynayaq ? sağlamlığı qoruyaq? devizi altında müntəzəm seminarların keçirilməsinə başlamışdır. İlk belə tədbir Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ji sahə yaşayış sahəsindəki 51 saylı orta məktəbin ötən il istifadəyə verilmiş 880 şagird yerlik yeni təhsil korpusunda keçirilmişdir. Məktəblilərlə görüşə AFFA-nın nümayəndələri - veteran futbolçu və hakimlər Asim Xudiyev və Rüstəm Rəhimov, yeni yaradılmış AFFA-nın Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov gəlmişlər. Uşaqlar qarşısında çıxış edən beynəlxalq dərəjəli hakim Asim Xudiyev və veteran futbolçu Rüstəm Rəhimov futbolun yaranması, Azərbayjanda futbolun tarixi və inkişafı mərhələri, məhşur futbolçular və futbolumuzun nailiyyətləri barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, artıq 207 ölkəni özündə birləşdirən FİFA dünyanın ən nüfuzlu idman təşkilatıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1992-ji ildə Azərbayjan Futbol Federasiyaları Assosiasiyası yaradılmış və FİFA-ya üzv qəbul olmuşdur. İki ildən sonra 100 illiyini qeyd edəjək Azərbayjan futbolunun yaranma tarixi 1911-ji ilə təsadüf edir. Keçən illər ərzində futbolumuz böyük inkişaf yolu keçmiş, dünya, Avropa və keçmiş SSRİ məkanında Ələkbər Məmmədov, Yuri Kuznetsov, Anatoli Banişevski, Kazbek Tuayev, Yaşar Babayev, Anatoli Ponomaryov kimi bir çox tanınmış futbolçular yetişdirilmişdir. Futbolçularla yanaşı Tofiq Bəhrəmov, Eldar Əzimzadə kimi hakimlər, Ruslan Abdullayev, Ələsgər Əhmədov, Ağasəlim Mircavadov kimi məşqçilər Azərbaycan futbolunun şöhrətini xeyli artırmışlar. Müvəffəqiyyətlərlə yanaşı çatışmamazlıqlar və problemlərdən danışılmış, bu sahədəki geriliyin aradan qaldırılması, futbolumuzun gələjəkdə daha da inkişaf etdirilərək qabaqjıl futbol dövlətləri sırasına çıxarılması üçün Azərbayjan Respublikasının Prezidenti jənab İlham Əliyevin göstərişi ilə AFFA tərəfindən görülən işlərdən danışılmış, son bir neçə ilə ərzində respublikada istifadəyə verilmiş olimpiya mərkəzləri, futbol və s. idman meydançaları barədə məlumat verilərək qeyd olunmuşdur ki, yeni tikilmiş qurğular Azərbayjanda idmanın və o jümlədən futbolun inkişafında böyük kömək olajaqdır. AFFA-nın Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov şagirdlərə Akademiyanın yaradılmasının məqsədi, peşəkar futbolçuların yetişdiriməsi üçün nəzərdə tutulan və həyata keçirilən işlər barədə məlumat vermişdir. E.Məmmədov bildirmişdir ki, belə görüşlərin Səbail rayonunun digər məktəblərində də keçirilməsi nəzərdə tutulmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA