?Karvan?ı daha iki futbolçu tərk etdi

img

09-04-2009 [03:36]


Alim Qurbanov, Emo, Süleyman Kamara və Anatoli Doruşun ardınca ?Karvan?ı daha 4 futbolçu İlham Yadullayev, Aqil Məmmədov, Mixael Mesxi və Aleksandr İnstkirveli də tərk etməsi xəbəri yayılıb. ?Karvan?ın baş məşqçisi Yunis Hüseynov bu xəbəri təsdiqləsə də, bildirdi ki, komandayla yollarını 4 deyil, iki futbolçu ayırıb: ?Bəli, həqiqətən də komandanı tərk edənlər var. Lakin ?Karvan?ı 4 deyil, iki futbolçu tərk edib. Aqil Məmmədovla, İlham Yadullayev klubla yollarını ayırıblar. Lakin adını çəkdiyiniz digər iki futbolçu düşərgədədir?. Y.Hüseynov komandanın kapitanı Aqil Məmmədovla İlham Yadullayevin gedişinin səbəbini açıqlamadı: ?Onlar özləri komandanın məşqlərinə qatılmırlar. Bunun səbəbi haqda heç nə deyə bilmərəm. Yaxşısı budur, həmin futbolçuların özləriylə danışın, qoy onlar özləri getmələrinin səbəbini açıqlasınlar?. ?3 aydır ki, ?Karvan? bizə maaş vermir. Bu halda mən nə etməliyəm ki?? Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ?Karvan?dan ayrılmasına aydınlıq gətirərkən komandanın müdafiəçisi İlham Yadullayev deyib. Təcrübəli müdafiəçi bildirib ki, komandanı tərk edəcəyi ilə bağlı baş məşqçi Yunis Hüseynovu əvvəldən xəbərdar edib: ?Artıq neçə aydır ki, maaşımızı vermirlər. Komandanın uğursuz çıxışı da məhz bununla əlaqədardır. İndiki zamanədə kim pulsuz oynayar? Ümumiyyətlə, indi pulsuz oynamaq qeyri-mümkündür. Oyunlara çıxan zaman beynimizdə min dənə fikir olur. Bu halda, necə oyuna köklənə bilərik? Gedəcəyimlə bağlı komandamızın baş məşqçisi Yunis Hüseynova məlumat vermişdim. Demişdim ki, daha dözə bilmirəm, məvacibimi verməsələr, komandanın düşərgəsini tərk edəcəyəm. Artıq səbr edə bilmirdim. Buna görə də ?Karvan?ı tərk etdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA