ispaniya millisi Konfederasiya kubokuna Bakıda hazırlazacaq

img

23-04-2009 [09:27]


?İspaniya millisinin Bakıda neçə gün qalacağını dəqiq deyə bilmərəm. Amma o dəqiqdir ki, ispanlar Konfedrasiya kubokuna məhz paytaxtımızda hazırlaşacaqlar?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib. M.Nərimanoğlu bildirib ki, artıq sabah İspaniya Futbol Federasiyasının kuratoru Bakıya gələcək: ?Artıq sabah İspaniya Futbol Federasiyasının nümayəndəsi Bakıya gələcək. Konkret kimin gələcəyini adla açıqlaya bilmərəm. Amma yəqin ki, bu federasiyanın kuratoru olacaq. Komandanın burada qalacağı oteli və məşq keçəcəyi stadionu da məhz o seçəcək. Oyun Tofiq Bəhramov adına respublika stadionunda olacaq. Amma ola bilər ki, onlar məşq üçün başqa meydança da seçsinlər. Həqiqətən də ispanlar Konfederasiya kubokuna Bakıdan yollanacaqlar. Onlar qarşıdakı yarışa məhz Bakıda hazırlaşacaqları barədə bizi məlumatlandırıblar. Lakin deməyiblər ki, konkret neçə gün burada qalacaqlar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA