AFFA-nın intizam Komitəsinin növbəti iclası keçirilib

img

07-04-2009 [02:08]


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ?Karvan? - ?Simurq? matçında Yevlax klubunun üzvü Namiq Əliyev bilərəkdən rəqibini ayağı ilə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Eyni cəzaya ?Olimpik?in futbolçusu Mahir Şükürov da məruz qalıb. İntizam Komitəsi qərarə alıb ki, Mahirin 19-cu dəqiqədə aldığı sarı vərəqə ləvğ olunsun. Oyunun videoyazısında futbolçunun rəqibini bilərəkdən vurduğu üçün hakim tərəfindən futbolçuya göstərilmiş sarı vərəqə ləğv olunub və qırmızı vərəqə ilə əvəzlənib. Mahir Şükürov 2 oyunluq cəzalandırılıb, klub isə iki min manat cərimə olunub. Həmin oyunda meydandan kənarlaşdırılan ?Bakı?lı Amiran Muciri isə iki sarı vərəqə və avtomotik qırmızı vərəqə aldığı üçün futbolçu 1 oyunluq, klubu isə 200 manat cərimə olunub. ?Bakı? daha 1000 manat cəriməni 4 futbolçusu sarı vərəqə aldığı üçün ödəyəcək. Hakimlər Komitəsi oyunu idarə edən hakimlər haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin. ?Bakı?dan başqa ?Turan?la matçda 4 futbolçusu sarı vərəqə alan ?Qarabağ?, ?Neftçi?ylə görüşdə eyni sayıda futbolçusu cəzalanan MOİK də hərəyə min manat gəcmində cəzalanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA