Boks üzrə ?Böyük ipək yolu? beynəlxalq turnirində xozagəlməz olay

img

02-04-2009 [04:10]


[b]Bakı İdman Sarayında təşkil olunan boks üzrə ?Böyük İpək yolu? beynəlxalq turnirində xoşagəlməz olay baş verib. [/b] Supersport.Az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində keçirilən ¼ final mərhələsində həmvətənimiz Samir Məmmədovla rusiyalı Arturxanovun döyüşü zamanı qalmaqal olub. Boksçumuz hesabda 1:3 geri olarkən, qarşılaşmanın gedişində hakimin Məmmədovun xeyrinə 1 xal verməsi Arturxanovu və onun məşqçisini bərk qəzəbləndirib. Ardınca daha iki xal qazanan Samir ümumi nəticədə 4:3 hesabıyla qalib gəlib. Rusiyalı boksçu isə bundan kəskin narazı qalıb. Qarşılaşma başa çatdıqdan sonra döyüşün hakimi hər iki boksçunu yanına çağırsa da, rusiyalı idmançı rinqin mərkəzinə gəlməkdən imtina edib. Xeyli çək-çevirdən sonra nəhayət rusiyalı daşı ətəyindən töküb. Lakin burada da o, öz əməllərindən geri qalmayıb. Referi Samir Məmmədovun qalib qismində əlini havaya qaldırmamış, rusiyalı öz əlini havaya qaldıraraq, ?Mən qalib gəldim, mən? deyərək özünü qalib elan edib. Bununla ürəyi soyumayan Arturxanov rinqi etirazla tərk edib. Qeyd edək ki, turnirdə 11 çəki dərəcəsində Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan, Bolqarıstan və digər ölkələrin 99 idmançısı mübarizə aparıb. Bu gün başa çatan yarışda milli komandamız 8 qızıl medal qazanmaqla birinci olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA