iqor Ponomaryov: ?10 gün əvvəl mən Emini milliyə məsləhət görürdüm. Amma indi...?

img

29-03-2009 [03:59]


?Emin Quliyevin komandadan kənarlaşdırılması klubdaxili məsələdir. Buna görə də bu haqda geniş açıqlama verməyə ehtiyac görmürəm?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Emin Quliyevin transferə çıxarılmasına münasibət bildirərkən, ?Xəzər-Lənkəran?ın baş məşqçisi İqor Ponomaryov bildirib. O deyib ki, bu cür qərar qəbul etmək onlar üçün heç də asan deyil: ?Bildiyiniz kimi, hələ bundan 10 gün əvvələdək mən Emini milli komandanın baş məşqçisi Berti Foqtsa məsləhət görürdüm. Amma indi onu komandadan kənarlaşdırmaq barədə qərar qəbul etmişik. Bu daha çox onun davranışıyla bağlıdır. Bu qərarı xeyli götür-qoy etdik. Çünki qarşıda bizi çempionatda çox gərgin oyunlar gözləyir. Bununla belə, bu qərarı qəbul etdik və ümid edirəm ki, komanda bundan əziyyət çəkməyəcək?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA