Berti Foqts: ?Moskvaya layiqli oyun nümayiz etdirmək üçün gəlmizik?

img

27-03-2009 [03:34]


?Rusiya milli komandasının oyunlarını yaxşı analiz etmişik. Amma hamımız yaxşı bilirik ki, rəqibin təqdimata ehtiyac yoxdur?. Qol.Az-ın Moksvadakı müxbirinini məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında milli komandamızın baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mtəxəssis futbolçularımızın hazırkı durumundan razı olduğunu söyləyib: ?Son illərdə Rusiya milli komandası səviyyəsini xeyli artırıb. Seçmə mərhələdə uğurla çıxış etməyə çalışırlar. Onlar dünya çempionatına qatılmaq istədiklərindən bizlə oyunda xal itirməyi ağıllarından belə keçirmirlər. Amma hazırda dünya futbolunda inkişaf gedir. Hər bir komanda digərindən xal almağa çalışır. Biz də çalışacağıq ki, 90 dəqiqə ərzində yüksək səviyyəli oyun sərgiləyərək, sürpriz nəticəyə imza ataq. Futbolçularımını hazırkı durmundan razıyam. Onlar məşqlərdə bütün tapşırıqları canla-başla yerinə yetirirlər. Oyuna tam hazırıq. Qalır yalnız sabah meydana çıxıb, gözəl oyun sərgiləmək. Moskvaya layiqli oyun nümayiş etdirmək üçün gəlmişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA