Andrey Arzavin: ?Azərbaycanı 1 və ya 5:0 hesabıyla məğlub etməyin fərqi yoxdur?

img

25-03-2009 [04:43]


?Əlbəttə, Azərbaycan millisiylə oyundan ancaq qələbə gözləyirəm. Məğlub olsaq, əhval-ruhiyyəm tam korlanacaq?. Qol.Az-ın ?Sport-Ekspress?ə istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin aparıcı üzvü Andrey Arşavin deyib. ?Arsenal?da çıxış edən gənc forvard futbolda nəticənin əsas olduğunu bildirib: ?Yaşım artdıqca daha yaxşı anlayıram ki, futbolda ən önəmli şey nəticədir. Çünki tarixdə nəticə qalır, yaxşı oyun yox. Buna görə də əsas qələbədir. Hesab arasındakı fərq önəm daşımır. Mənim üçün fərqi yoxdur, Azərbaycanı 1 və ya 5:0 hesabıyla məğlub edəcəyik. O ki qaldı azarkeşlərə, stadionda nə qədər çox tamaşaçı olsa, bir o qədər yaxşı olar. Bilirəm ki, azərbaycanlı azarkeşlər də çox olacaq. Buna görə də millimizin fanatlarına səslənib, onları bizi dəstəkləməyə çağırıram. İnanıram ki, ?Lujniki?də rusiyalı azarkeşlər daha çox olacaq, nəinki azərbaycanlılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA