AFFA intizam Komitəsi Premyer Liqa klublarını cəzalandırdı

img

24-03-2009 [04:18]


"Qarabağ"ın 15 yaşlılardan ibarət komandasına isə texniki məğlubiyyət verilib AFFA İntizam Komitəsi Premyer Liqanın XVIII və XIX turlarında baş verən hadisələrə görə bəzi klublara cəzalar verib. Bununla yanaşı 15 yaşlılardan ibarət komandalar arasında keçirilən Azərbaycan birinciliyinin ?Bakı? ? ?Qarabağ? matçında ?Qarabağ? klubunun protokolda adları göstərilən futbolçuları ilə meydanda olan futbolçularının adları üst-üstə düşmədiyi üçün, ?Qarabağ? komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Premyer Liqanın XVIII turunun ?Turan? ? ?İnter? matçında ?İnter? klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Premyer Liqanın XIX turunun ?Qəbələ? ? ?Karvan? matçının 90-cı dəqiqəsində ?Karvan? klubunun futbolçusu Ernani Pereyra və ?Qəbələ? klubunun futbolçusu Azər Həşimov bir-birini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanıb, hər bir klub isə 2000 manat cərimə olunub Premyer Liqanın XIX turunun ?Standard? ? ?Olimpik? matçının 39-cu dəqiqəsində ?Standard? klubunun məşqçisi Elçin Həsənov texniki zonanı pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün klub 2000 manat cərimə olunub. Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XIX turunun ?Xəzər-Lənkəran? ? MOİK matçında ?Xəzər-Lənkəran? klubunun 6 futbolçusu, MOİK klubunun isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub. Matçın 44-cü dəqiqəsində ?Xəzər-Lənkəran? klubunun futbolçusu Aqşin Həşimov rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub isə 1000 manat cərimə olunub. Martın 19-da 15 yaşlılardan ibarət komandalar arasında keçirilən Azərbaycan birinciliyinin ?Bakı? ? ?Qarabağ? matçında ?Qarabağ? klubunun protokolda adları göstərilən futbolçuları ilə meydanda olan futbolçularının adları üst-üstə düşmədiyi üçün oyun baş tutmayıb. Bu səbəbdən də Futbol üzrə XVII Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kubokunun ?Əsasnamə və Nizam-İntizam qaydaları?nın 36-cı maddəsinə uyğun olaraq, ?Qarabağ? komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. ?Qarabağ? klubu bu məsələdə təqsirli olan şəxslər haqqında lazımi ölçü götürməli və İntizam Komitəsinə məlumat verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA