Qus Hiddink millimizdən çəkinir

img

17-03-2009 [01:16]


rbaycanla oyuna çox ciddi yanaşmalıyıq. Əks halda...? ?Qarşıdakı iki oyunda 6 xal qazanmalıyıq. Əks halda qrup liderliyi uğrunda mübarizədə Almaniyadan geri qala bilərik?. Qol.Az-ın ?Sport-ekspress?ə istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də milli komandamızı qəbul edəcək Rusiya millisinin baş məşqçisi Qus Hiddink deyib. Holland mütəxəssis milli komandamızın Finlandiyayla oyununu izlədiyini də vurğulayıb: ?Azərbaycan millisinin Finlandiyaya qarşı keçirdiyi oyuna baxmışam. Helsinkidəki matçda azərbaycanlı futbolçuların böyük istəklə oynaması diqqətimi çəkdi. Buna görə də Azərbaycanla oyuna çox ciddi yanaşmalıyıq. Əks halda özümüz özümüzə böyük problem yarada bilərik. Lixtenşteynlə oyun haqda sonra danışarıq. Çünki hazırda bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA