?Bakı?nın prezidentindən AFFA-ya sərt reaksiya

img

16-03-2009 [08:40]


HAFİZ MƏMMƏDOV: ?BU, DOĞRU QƏRAR DEYİL? ?Bakı? klubunun prezidenti Hafiz Məmmədov Supersport.Az saytına verdiyi eksklüziv açıqlamada AFFA-nın İntizam Komitəsi tərəfindən komandasının hücumçusu Batistaya 6 oyunluq cəza verilməsinə kəskin etirazını bildirib. H.Məmmədov deyib: ?Mənə elə gəlir ki, belə futbolçuya 6 oyunluq cəza vermək doğru qərar deyil. O, legioner kimi komandanın vuran ayağıdır. Çempionatın başa çatmasına 8 tur qalıb. Hətta razılaşardım ki, onu yüksək məbləğdə cərimələsinlər, ancaq altı oyun kənarda qalması mənə elə gəlir ki, futbolçuya və kluba çox ağırdır. Bu barədə komandanın məşqçiləri və futbolçunun özüylə söhbətim olub?. Klub prezidentinin sözlərinə görə, Batista bildirib ki, hakimə qarşı qeyri-etik hərəkətə yol verməyib: ?O, futbolçudur, ola bilsin əsəblərini cilovlaya bilməyib, sadəcə, başını bulayaraq etirazını bildirib. Əgər hakimə qarşı o nəsə qeyri-etik hərəkət edibsə, mən onu bağışlamazdım, layiqli cəzasını verərdim. Yenə də təkrar edirəm ki, belə futbolçunu demək olar, mövsümün sonuna qədər kənarlaşdırmaq yaxşı hal deyil. O gün azarkeşlər də deyirdilər ki, Batistanın oyunundan zövq alırlar. Bu cür futbolçulara imkan verilməlidir ki, onlar öz ustalıqlarını göstərərək, vurduqları qollarla azarkeşlərə sevinc yaşatsınlar?. ?AFFA-nın futbolçunun cəzasını yüngülləşdirəcəyinə ümid edirsinizmi? sualına ?Bakı? rəhbərinin cavabı belə olub: ?Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevlə bü gün söhbətimiz olub. Ümid edirik ki, Apelyasiya Komitəsi bu məsələyə baxıb, cəzanı yüngülləşdirəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA