Ramin Musayev: ?Babək Quliyev, ayıbdır!"

img

16-03-2009 [08:37]


?Babək Quliyevə o cür ifadə işlətmək ayıbdır. Mən heç vaxt demərəm ki, kefim belə istəyir, ona görə hakimi cəzalandırıram?. Bu sözləri Qol.Az-a PFL-in prezidenti Ramin Musayev FİFA referisi Babək Quliyevin ?Ramun Musayev deyir ki, əlimdə faktım yoxdur, amma kefim istəyir hakimləri cəzalandırıram? açıqlamasına cavab olaraq deyib. PFL prezidenti adiçəkilən referiyə qarşı heç bir qərəzinin olmadığını bildirib: ?Belə çıxır ki, əlimizdə faktımız yoxdur, sadəcə, həmin cəzalanan hakimlərlə prinsip aparırıq? Əgər mənim Babəklə prinsipim olsaydı, bu yaxınlarda ona PFL-in adından yaxşı hakim kimi pul mükafatı verməzdim?. R.Musayev hakimlərə verilən cəzanın müddətinin göstərilməməsinin AFFA-nın Hakimlər Komitəsinin sələhiyyəti daxilində olduğunu bildirib. R.Musayev sonda diskvalilikasiya olunan referilərlə işbirliyi olduğu güman edilən klublarla bağlı məsələnin hazırda nə yerdə olmasına da aydınlıq gətirib: ?Hələ araşdırmalar davam edir. Əgər lazım olsa, həmin klubların da adlarını açıqlayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA