AFFA prezidenti hakimləri hədələdi

img

16-03-2009 [04:18]


AFFA prezidenti Rövnəq Abdullayev beynəlxalq dərəcəli hakimlər Babək Quliyevlə Anar Niyazovun hakimlikdən kənarlaşdırılmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, R.Abdullayev hər iki hakimin cəzalandırılması üçün tutarlı faktlara malik olduqlarını açıqlayıb. O, atdıqları addımı belə əsaslandırıb: ?Hələ ötən il AFFA prezidenti seçilərkən bildirmişdim ki, Azərbaycan futbolunun qarşısını alan və inkişafına böyük zərbə vuran hakimlikdəki problemlərdir. Problemi həll etmək üçün hakimlərimiz qarşısında vəzifələr qoyduq. Bəli, biz onlar üçün hər cür şərait yaratdıq. Qonorarlarını artırdıq, Qəbələdə və Türkiyənin Antalya şəhərində təlim-məşq toplantıları təşkil etdik, dəstək verdik. Şərait yaradanda da tələbimiz, istəyimiz böyüyür. Tələb isə yüksək səviyyəli, şəffaf hakimlik görmək idi. Açıq deyirəm, hakimlərdən şübhələnsək, məsələnin axırınacan gedib, həll edəcəyik. Şübhələnmək də o deməkdir ki, həmin hakimin haradasa problemi var. Amma indiki halda biz şübhələnmirik. Faktımız var?. R.Abdullayev deyib ki, lazım gəlsə, B.Quliyevlə A.Niyazov barədə Baş Prokurorluğa müraciət edə bilərlər: ?Hakim deyirsə ki, mən belə şey etməmişəm, şəxsən Baş Prokurorluğa müraciət edərəm, bu məsələni araşdırarlar. O zaman hakimlər yenə cəzalanacaqlar?. Bununla belə, AFFA prezidenti hakimlərlə gizli sövdələşməyə girən klublar barədə hələlik ölçü götürmək niyyətində olmadıqlarını açıqlayıb: ?Gəlin, klubların diqqətini çempionatdan yayındırmayaq, qoy oyunlarını davam etdirsinlər. Həm də söhbət bir klubla əməkdaşlıqdan getmir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA