"Bakı" zirvədə yerini qorudu

img

15-03-2009 [07:39]


Bugündən Premyer liqanın 18-ci turunun qalan oyunları keçirildi. Supersport.Az oyunlardan sizlərə reportaj təqdim etdi. 15 mart (bazar) "Karvan" - "Bakı" - 0:1 Yevlax şəhər stadionu. 15:00 Oyun başladı. Hələ ki, hesab açılmayıb. "Karvan" fəal oynayır. "Bakı" da hücumlar təşkil edir. 77 dəq. Fabio Luis Ramim hesabı açdı. Oyun bitdi. "Bakı" yenə zirvəyə yüksəldi. "Qarabağ" - "Qəbələ" - 0:0 Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:30 Oyun başladı. "Qarabağ"ın təcrübəli futbolçusu Zaur Ramazanov meydana buraxılmayıb. Hələ ki, komandaların cəhdləri boşa çıxır. 13 dəq. "Qəbələ"li Fərzad Hatəminin vurduğu topu "Qarabağ"lı qapıçı Fərhad Vəliyev çətinliklə tuta bildi. Hatəminin daha bir təhlükəli zərbəsini qolkiper zərərsizləşdirdi. İlk hissə başa çatdı. İkinci hissə başladı. "Qarabağ" fəaldır. "Qəbələ"dən Hatəmi xoş təsir bağışlayır. Ancaq komandaların cəhdləri alınmadı. "Bakılı" - "Standard" - 0:2 Zabrat qəsəbə stadionu. Saat 15:00 Oyun başladı. Hələ ki, qapılara qol vurulmayıb. İlk hissədə hesab açılmadı. 57 və 90 dəqiqələrdə isə Zeynal Zeynalov dubl etdi. Oyun bitdi. MOİK - "Muğan" - 1:3 "Şəfa" stadionu. Saat 15:00 Oyun başladı. "Muğan" 3 dəfə fərqləndi. Qollardan 2-ni Givi Çxetiani, 1-ni isə Sənan Qurbanov vurdu. MOİK-dən İsmayıl Məmmədov fərqləndi. Oyun bitdi. "Neftçi" - "Turan"- 1:1 Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00 Qol. 27. Asəf Qədiri fərqləndi. 40. Samir Əliyevin vurduğu top dirəyə dəydi. 43. "Neftçi" azlıqda qaldı. Qırmızı vərəqə verilən Ruslan Abışov meydandan çıxarıldı. 59. "Turan"dan Ruslan Abbasov qırmızı vərəqə ilə cəzalandırıldığından komandasını azlıqda qoydu. M.Dafçev isə penaltidən bərabərlik qoluna imza atdı. Sonadək hesab dəyişmədi. 14 mart (şənbə) "Xəzər-Lənkəran" - "Olimpik" - 0:0 Lənkəran şəhər stadionu. Saat 16:00 Oyun başladı. "Xəzər-Lənkəran" daha çox hücuma, "Olimpik" isə müdafiəyə diqqət yetirir. İkinci hissə başladı. "Xəzər-Lənkəran" ikinci hissəyə fəal başladı. Mario Souzanın qapıya vurduğu zərbə qapı tirinə dəydi. Mahir Şükürov ("Olimpik")ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq, meydandan çıxarıldı. Oyun bitdi. "İnter" - "Simurq" - 2:1 "Şəfa" stadionu. Saat 15:00 Oyun başladı. Cəhdlərə baxmayaraq, hələ ki, komandaların qol vurmaq arzusu reallaşmayıb. "İnter" fəallaşdı, 23-cü dəqiqədə bu, bəhrəsini verdi. Elvin Məmmədov fərqləndi. İkinci hissəyə fəal başlayan "Simurq" bərabərlik qolunu vurdu. 58-ci dəq. Ramil Sayadov bacarığını göstərdi. 65 dəq. isə "İnter" Veltonun qolu sayəsində hesabda irəli çıxdı. Oyun bitdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA