AFFA-nın qadağasını pozan Əli Hüseynov danızdı

img

15-03-2009 [01:16]


304; HÜSEYNOV: ?ƏGƏR HAKİMLƏR HƏQİQƏTƏN RÜŞVƏT ALIBLARSA, DEMƏLİ, ONLARA NƏZARƏT ZƏİFDİR? AFFA Hakimlər Komitəsinin keçmiş sədri, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən Əli Hüseynov Supersport.Az saytına müsahibə verib. Əli Hüseynov onu cəza gözlədiyini bilsə də, heç kimdən çəkinməyərək bütün suallarımızı cavablandırdı. - Əli müəllim, hakim-inspektorlar barədə nə fikirdəsiniz? - Bizə mətbuata açıqlama verməyə icazə vermirlər. - Qadağanı kim, nə səbəbə qoyub? - Hakim-İnspektorlar Komitəsi. Səbəbini bilmirəm. - Axı, bu nə dərəcədə qanuna və məntiqəuyğundur? - Mən də bunun düzgün olmadığı fikrindəyəm. Ümumiyyətlə, demokratik ölkədə belə qadağa qoyulması doğru deyil. Ona görə də qadağaya baxmayaraq fikrimi bildirmək istəyirəm. - Gəlin, hakimlikdən başlayaq. Hazırda bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz? - Hakim-inspektor kimi cəmi iki oyuna təyinat almışam. - Yenə də fikirlərinizi bilmək maraqlı olardı. - Vallah, işlərim o qədərdir ki... İş rejimim gərgin olduğundan fikirləşməyə belə vaxtım yoxdur. - Çempionatın durumu barədə nə deyə bilərsiniz? - Bu haqda nəsə deyə bilmərəm. Ancaq bir məqamı deyim ki, mənim hakim-inspektor olduğum oyunlarda hakimlərin idarəçiliyi yüksək səviyyədə olub. Hər hansı ciddi nöqsana rast gəlməmişəm. - Sizin Hakimlər Komitəsinə sədr gətiriləcəyiniz haqda xəbərlər dolaşır... - Allaha and olsun, bu haqda məlumatsızam və bunu ilk dəfə sizdən eşidirəm. Ümumiyyətlə, mən heç kimlə ünsiyyətdə olmamışam. - AFFA rəhbərliyi tərəfindən vəzıfə təklif olunsa, gedərsiniz? - Təklif gözləmirəm. Nə olub ki, ona? (Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov nəzərdə tutulur ? red.) İşləyir də. Qoy çempionat qurtarsın, o, hələ 1-2 il işləsin. Hər hansı təklif gəlsə, ?hə? cavabı vermərəm. Mənə ayda 1 dəfə oyunlara getmək kifayətdir. - Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun fəaliyyətindən razısınızmı? - Razıyam. - FİFA referilərindən Babək Quliyevlə Anar Niyazov klublarla işbirliyində və rüşvət almaqda günahlandırılır.. - Xəbərim yoxdur. Mətbuatı da oxumağa vaxtım olmur. Yalnız təsadüfən əlimə qəzet düşəndə baxıram. - Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev rüşvət alan hakimlərin ciddi cəzalandırıldığını deyib. - Mən bununla bağlı rəsmi qərarı görməmişəm. - Qalmaqalın baş verməsi hakimlərə ciddi nəzarətin istənilən səviyyədə olmamasından irəli gəlmirmi? - Əgər həqiqətən də hakimlər belə addım atıbsa və bu, sübuta yetirilibsə, deməli, onlara nəzarət zəifdir. Ola bilər ki, bu, şantaj və yalandır. Dəqiq nəsə bilmədiyimdən qəti fikir söyləməyə çətinlik çəkirəm. Biri deyir 3 il cəza verilib, o biri deyir 5 il, digəri deyir hakimlər ömürlük cəzalandırılıb. Bunun üçün rəsmi qərar olmalıdır. - Beynəlxalq oyunlara necə, təyinatınız gözlənilir? - Verərlər, gedərəm, verməzlər getmərəm. - Müsahibə verdiyiniz üçün Sizi cəza gözləyirmi? - Əlbəttə. - Hansı müddətə? - 3-5 aylığa. Hakim-İnspektorlar Komitəsinin iclasında ciddi xəbərdarlıq edilib ki, rəhbərliyin icazəsi olmadan müsahibə verməyin. - Buna etiraz edən olmadı? - Əsla. Hamı dedi ki, baş üstə, qurtardı, getdi. Cəza verilsə, çəkəcəm, sonra yenidən fəaliyyətə başlayacağam. - Bizdən narazılığınız olmayacaq ki? - Qəti. Təki sizin üçün xoş olsun. Mənim üçün olmasa da, olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA