Türkiyənin tanınmız futbolçuları Azərbaycanda oynamaq istəyirlər

img

15-03-2009 [01:12]


?Türkiyənin bəzi tanınmış futbolçuları Azərbaycanda oynamaq istəyirlər?. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri ?Qarabağ?ın məşqçisi Mehmet Ak deyib. O bildirib ki, yaxın keçmişin ulduz futbolçuları karyeralarını ölkəmizdə davam etdirmək arzusundadırlar: ?Türkiyənin bir çox tanınmış futbolçuları tez-tez mənimlə əlaqə saxlayaraq, karyeralarını burada davam etdirməkçün onlara kömək etməyimi istəyirlər. Bu futbolçular arasında ?Beşiktaş?ın keçmiş oyunçusu Ahmet Yıldırım, ?Qalatasaray?ın sabiq qapıçısı Kerem İnan, həmçinin Yunus Altun kimi Türkiyədə tanınmış isimlər var. Sonuncu iki futbolçu hazırda ?Karşıyaka?da forma geyirlər. Onların tezliklə karyeralarını burada davam etdirməsi mümkündür. Bütün bunlar Azərbaycan futbolunun inkişafda olmasının göstəricisidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA