Bir neçə məktəb direktoru vəzifələrindən azad edilib

img

09-03-2009 [04:07]


Bayram günləri ilə əlaqədar təhsil müəssisələrində şagirdlərdən pul yığılmasına görə, bir neçə məktəb direktoru tutduğu vəzifədən azad edilib. RİA-nın məlumatına görə, bu barədə jurnaliçstlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin ?qaynar xətt?inə daxil olan məlumatlar əsasında bir nkeçə məktəbdə reydlər keçirilib. Reydlərin nəticəsi olaraqn məktəb direktorlarından bəziləri tutduqları vəzifələrindən azad ediliblər. Bəzilərinin barəsində isə ciddi tədbirlər görülüb. ?Amma mən deyə bilmərəm ki, bu tədbirlərin nəticəsində bütün məsələlər öz həllini tapacaq. Təhsil Nazirliyində ?Qaynar xətt? fəaliyyət göstərir. ?Qaynar xəttə?daxil olan hər bir məlumat araşdırılır və faktlar təsdiq olunduqda tədbirlər görülür və bundan sonra da belə tədbirlər görüləcək?, - deyə mərdanov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA