06-01-2016 [20:21]
Bu gün Mərkəzi Bank (MB) bazara 1 sent belə dollar buraxmayıb.
Mia.az xəbər verir ki, bu haqda bank sektorundan musavat.com-a daxil olan məlumatda bildirilir.
Yayılan xəbərə görə, ynvarın 6-da Bakıda və bölgələrdə ABŞ valyutası almaq istəyən vətəndaşlar əliboş geri dönüblər. Bakıdakı banklar yalnız min dollardan artıq satış etməyiblər.
Bu məlumatı dəqiqləşdirmək üçün paytaxt Bakıda reyd keçirdik.
Əksər valyutadəyişmə məntəqələri və banklar dollar satışından imtina edirdilər. Səbəb kimi isə Mərkəzi Bankın 6 yanvar tarixində bazara dollar çıxarmadığı göstərilirdi. Bildirildiyinə görə, MB 6 yanvar tarixində bazara dollar satmayıb. Daha doğrusu, satışı kağız üzərində aparıb, faktiki isə bazar dollarsız qalıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, əsas funksiyası bazarda qiyməti (məzənnəni) tənzimləmək olan Mərkəzi Bankın bu addımı başa düşülən deyil. Üstəlik, qurum bu barədə banklara heç bir izahat da vermir. Əhalisi dolların yenidən bahalaşa biləcəyindən narahatdır. Neçə gündür deyilir ki, 1 dollar 2 manatı keçəcək. Bəlkə də MB bazara ona görə dollar satmır ki, yenidən devalvasiya olacaq.
Hazırda Mərkəzi Bankın 5 milyardlıq ehtiyatının realda olub-olmadığı da şübhə doğurur.
Bəs çıxış yolu nədir?
Özəl bank rəhbərləri deyir ki, onlar üçün heç bir çıxış yolu yoxdu: "Məlumatsızıq. Bizə heç bir informasiya verilmir deyə yaranmış durum haqda analiz verə bilmirik”.
Məlumat üçün bildirək kki, artıq dünya bazarında dollar manata nisbətdə bir qədər də bahalaşıb. "Blomberq” agentliyinin son məlumatına görə, yanvarın 7-da 1 ABŞ dolları 1.6351 həddinə qədər yüksələ bilər.
Bank sektorunda, lombardlarda müşahidə etdiklərimiz ölkənin növbəti devalivasiyanın astanasında olması haqda fikirlərə inamı artırır.
İqtisadi böhran hər gün daha kəskin şəkildə ölkəboyu hiss edilməkdədir. Dolların kursunun manata nisbətən durmadan artması bank və iri şirkətlərin aktivlərini sürətlə dollara çevirməsini şərtləndirib. Bu gedişlə dolların sürətlə güclənməsi qaçılmaz görünür.
Mağazaların sürətlə boşalması da bir başqa mövzudur. Bu boşalma heç də əhalinin alıcılıq qabiliyyətinin artması ilə bağlı deyil, əksinə, dövriyyənin düşməsi, iş adamlarının qeyri-müəyyən durumda mağazalara yeni mallar gətirməyə tərəddüdü ilə bağlıdır.
İş adamlarının kredit resurslarına tələbi artıb, lakin əksər bankların krediti dollarla verməsi iş adamlarını kredit resurslarından istifadə etməkdən çəkindirir. Bu isə orta statistik iş adamlarının real fəaliyyətini iflic edib, onları böhran yaradacaq dərəcəyə qədər çatdırıb.
Artıq vətəndaş mağazalarda gözü ilə gördüyü nemətləri almaqda çətinliklərlə üz-üzədir. Hələ ki ölkə böhranlı duruma yeni qədəm qoyub. Evlərdə az-çox ərzaq ehtiyatı var. 1 aydan sonra bunlar da olmasa…
Keniyada 5000 qarışqa ilə tutulan belçikalılar cərimələnib
Çempionlar Liqası: PSJ və İnter finalda "döyüşəcək"
Kriştiano Ronaldonun oğlu milli komandaya çağırılıb
"Abdin Fərzəliyevin Həştərxanda biznesi var, ona görə səsini dinməz qoyub, bəs deputat?"
"Rusiya atəşkəsə qarşı deyil" - Zaxarova
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Pakistanın baş naziri ilə telefonda danışıb: "Yanınızdayıq"
Nazir təyinatından bir gün sonra vəzifədən azad edilib? - Sərəncamla bağlı qərar niyə rəsmi resurslardan götürülüb? (AÇIQLAMA)
Pakistan Müdafiə naziri nüvə müharibəsinin anonsunu verdi: "Əgər Hindistanla genişmiqyaslı hücum edərsə..."
Robotex Azərbaycan Avrasiya Çempionatı: ADPU və AzTU tələbələri 9 kateqoriya üzrə 1-ci yeri qazanıblar - FOTOLAR
Ceyhun Bayramov İraqın Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb
Mehriban Əliyeva Baş katibinin xanımı ilə görüşüb - FOTO
Vilayət Eyvazov polis olmaq istəyən 215 nəfərə tövsiyə verib - VİDEO
Nəsimi rayonunda "Bir Xalqın Taleyini Dəyişən Ömür: Heydər Əliyev – Qəlblərdə Yaşayan Lider" mövzusunda tədbir keçirilib - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
Hindistanda fövqəladə vəziyyət: müdafiə təlimləri genişləndirilir
Tramp: "Fars körfəzi “Ərəb körfəzi” adlanacaq"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Jurnalist Ülviyyə Əli saxlanıldı - Məhkəmə qərar verdi (YENİLƏNİB)
"Azadlıq” metrostansiyasının ətrafındakı binalarla bağlı qalmaqal - "Şərur” MTK rəhbəri cəzalandırıldı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib
Növbəti üç gündə bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev fərman imzalayıb
Qaz təsərrüfatı obyektlərinin istismarı: dövlət rüsumu artırılıb - Prezident təsdiqləyib
Ərbil şəhərində Azərbaycan konsulluğu açılır
Finlandiyada qırıcı təyyarə qəzaya uğrayıb
Nazir: Coğrafi yaxınlıq İraqla münasibətlərin inkişafı üçün əlverişli şərait yaradır
Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Si Cinpin Moskvaya yollanıb
Nazir: Hindistanla gərginliyi aradan qaldırmağa hazırıq, şərtimiz onun geri çəkilməsidir
İrakli Kobaxidze: Radikallar siyasətdən uzaqlaşdırıldıqdan sonra Gürcüstan cəmiyyəti birləşəcək
Almaniyanın yeni kansleri ABŞ Prezidenti ilə telefon danışığı aparmağı planlaşdırır
Xanlar Vəliyev 14 milyonu haradan alıb? - Partiya sədri bu qədər pulun haradan əldə olunmasının araşdırılmasını istəyir
Rüfət Səfərovun ibtidai istintaqı başa çatıb - Məhkəməyə göndərilir
Sumqayıtda bəzi yaşayış binalarının qarşısında qanunsuz quraşdırılmış maneələr sökülüb
İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli və düşməncəsinə bir addımdır
Pakistan Təhlükəsizlik Şurası: "Ordumuz qanuni haqlaırmızı ən güclü formada müdafiəyə hazırdır"
Lənkəranda balıqçını elektrik cərəyanı vuraraq öldürüb
Zelenski: Rusiyanın hücumu nəticəsində Ukraynada iki nəfər ölüb, yeddi nəfər yaralanıb
Ceyhun Bayramov İraqa gedib - FOTO (Yenilənib)
Sabah yağış yağacaq
Dönə-dönə xahiş edib bir tədbirə çağırırlar, sonra baxırsan ki... - Fazil Mustafa yazır
Qəzza növbəti dəfə bombalanıb - 23 nəfər ölüb, yaralılar var