29-12-2015 [20:59]
Milli Məclisin iclasında "Diplomatik xidmət haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən qanunun 14.3-cü maddəsində "attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri "attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir" sözləri ilə əvəz edilir. (APA)
Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, 5-6 dil bilən, peşəkar mütəxəssislər, diplomatlar var, amma onlar sərəncama götürüləndə maddi sıxıntı çəkirlər: "Bu cür kadrların qorunub saxlanması üçün tədbir görülməlidir ki, onlar sabah xarici ölkələrin kəşfiyyat orqanlarına işləmək məcburiyyətində qalmasınlar. İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər. Bunu nəzərə almaq lazımdır”.
Aytən Mustafayeva bildirib ki, diplomatlar haqqında məsələlər yenidən müzakirə edilməlidir: "Orada işləyən mütəxəssislərin hüquqlarını qorumalı və qayğısına qalmalıyıq. Xaricdə Azərbaycanı təmsil edən insan fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaq. Diplomatlara belə münasibət normal deyil. Onlar ayrı-ayrı ölkələrdə Azərbaycanın sifətidir. Diplomatlar Azərbaycana qayıtdıqdan sonra normal maaş almalıdır”.
MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diplomatlar və Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərini qənaət rejiminə keçməyə çağırıb: "Dünyada böhran var. Hami kimi, diplomatlar da qənaətcil olmalıdırlar. İkincisi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyəti nəzərdən keçirilməlidir. Bilinməlidir ki, kim yaxşı işləyir, kim yox. Hər diplomat sərəncama çıxan kimi, onu işə götürmək olmaz. Onun fəaliyyətinə baxmaq lazımdır”.
Siyavuş Novruzov təklif edib ki, xaricdə çalışan hər diplomat 5 ildən sonra mütləq Azərbaycana qayıtmalıdır: "Bir-iki il burada işləməlidir, lazım olarsa, yenidən başqa ölkələrə işləməyə göndərilməlidir. Bizim diplomatlarımız həm də hansısa ölkəyə getməzdən əvvəl o ölkəni öyrənməlidir. Eyni zamanda, səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Kim deputat olmursa, kimi vəzifədən çıxarırlarsa, deyirlər ki, göndərin səfir işləyim. Belə şey olmaz”.
Layihə səsə qoyularaq qəbul edilib.
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR