ABŞ səfirliyi Milli Məclisdə olan layihəyə reaksiya verdi - Açıqlama

img

24-12-2015 [12:50]


ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin hazırladığı "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə münasibət bildirib.

ABŞ səfirliyi "Amerikanın Səsi"nin sorğusuna aşağıdakı cavabı verib: "Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA