09-12-2015 [12:59]
Müasir Müsavat Partiyasının (MMP) sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev Eldar Mahmudovun təcili həbs olunmasını zəruru hesab edir. MMP sədrinin sözlərinə görə, sabiq nazirin ətrafında olan qüvvələr Azərbaycanda qarışıqlıq salmaq istəyirlər ki, onun həbsini unutdursunlar:
"Hakimiyyətə ən sadiq adam kimi tanınan E.Mahmudov belə hərəkətlər etdisə, gör, digərləri hansı oyunlardan çıxırlar. Düşünürəm ki, təcili kadr islahatları başladılmalıdır. Bir neçə şəxs istisna olmaqla, əksər məmurlar dövlət başçısına xəyanət edir. Onlar dövlətçiliklə deyil, başqa işlərlə məşğuldurlar. E.Mahmudovun saxlanılmaması ölkəmizdə növbəti çaxnaşmaların yaşanmasına yol aça bilər. Qorxmaq zamanı deyil. Cəsarətli addım atmağın və radikal kadr islahatlarını reallaşdırmağın vaxtıdır. E.Mahmudov və onun "çetesinə”daxilolanların hamısı həbsə alınmalıdır. Həbslər olmasa, ölkəmizdə ciddi qarşıdurmalar və təxribatlar baş verəcək.”
E.Mahmudovun sabiq nazirlərin- Misir Mərdanov və Səfər Əbiyevin vəzifədən azad olunmasına yönəlik kompramatlar hazırlamasına gəlincə, təşkilat sədri qeyd edib ki, bu ortada olan faktdır:
"Çox ciddi məsələlər mövcuddur. E.Mahmudov digər məmurları şantaj edirmiş. Ölkə başçısına xəyanət edirmiş. 2005-ci ildə müəyyən məmurlar həbs olundu. Bundan əlavə, E.Mahmudov nazirləri şərləyib, onlardan "haqq” yığırmış. O cümlədən E.Mahmudov Səfər Əbiyevin dönəmində də orduda çaxnaşma yaratmaq istəyirdi. S.Əbiyevin normal işləməsinə imkan vermirdi. Ona maneə törətməyə çalışırdı. E.Mahmudov bax bu cür qanunsuzluqlarla külli miqdarda pul qazanıb. O yaxşı əks-kəşfiyyatçı olsaydı, torpaqlarımızı işğaldan azad edərdi. E.Mahmudov ancaq ki, başını prezidentə xəyanət etməyə işlədib.”
E.Mahmudovun adamlarının Müdafiə Nazirliyində (MN) qanusuz araşdırmalar aparmasının qarşısını almaq məqsədilə Səfər Əbiyevin onları Müdafiə Nazirliyinə buraxmamasına münasibət bildirən H.Hacıyev bildirib ki, S.Əbiyev həmişə dövlətçiliyə sadiq adam olub:
"S.Əbiyev işdən çıxdıqdan sonra kimsə arxasınca danışırsa, böyük yanlışlığa yol verir. Ümummilli liderimizin və Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında S.Əbiyevin Azərbaycan ordusunun formalaşması və güclənməsində böyük xidmətləri olub. S.Əbiyev həqiqəti ortaya qoydu. Gördülər ki, artıq E.Mahmudovun bütün xəyanətlərinin üstü açılır. Ona görə də, E.Mahmudov özünü, pis əməllərini ört-basdır etmək üçün orduda təxribatlar yaratdı. Bununla da S.Əbiyevə təzyiqlər göstərirdi. E.Mahmudovu himayə edən insanlar S.Əbiyevin müdafiə naziri vəzifəsindən kənarlaşdırılmasına imkan yaratdılar. Amma S.Əbiyev nazir olduğu müddətdə çox şərəf və ləyaqətlə çalışıb.”
Həmsöhbətimiz qeyd edib ki, E.Mahmudovun başında bir "ana” məmur dayanır: "Həmin ana məmur bu gün də Azərbaycana xəyanət edir. Həmin məmur E.Mahmudovun həbsə alınmasına mane olur. Mənim əziz qardaşım, cənab İlham Əliyev həmin adamlardan soruşmalıdır ki, niyə E.Mahmudovun sözünə baxırdınız? Niyə ölkəyə, xalqa, dövlətçiliyə, Azərbaycançılığa xəyanət edirdiniz? Bu sualları verməlidir. Şəxsən mən cənab prezidentimiz İlham Əliyevi tam gücümlə dəstəkləyirəm. Azərbaycanın sağlam müxalif qüvvələri ilə ciddi danışıqlar aparıram. Bütün o qüvvələri qardaşım İlham Əliyevin ətrafında toplayıb, ona kadr islahatlarını sona çatdırmaqda yardımçı olacağıq.”
Həmsöhbətimiz bildirib ki, E.Mahmudov ölkədə təxribatla məşğul olub: "Bununla yanaşı, o müxalif qüvvələrlə də əməkdaşlıq edib. Qardaşım İ.Əliyevə təzyiqlər göstərmək məqsədilə özlərinin adamlarının iştirakı ilə mitinqlər təşkil etdirirdilər. Bu səbəbdən düşünürəm ki, E.Mahmudovun çöldə qalması yenə də ölkədə dövlət çevrilişinə cəhdi aktuallaşdıra bilər.”
Müsahibimiz diqqətə çatdırıb ki, "Günəşli” yatağında baş verən yanğında və Nardaran hadisələrində də E.Mahmudovun "əli” olub: "Bunun da acı və ağrısını xalq çəkir. Belə olaylar törətməklə E.Mahmudovun "MTN işi”ni yaddan çıxartmaq istəyirlər. E.Mahmudovun adamlarının siyahısı ortaya çıxmalıdır. Bu siyahı ortaya çıxmayınca, təxribatlar dayanmayacaq. Nə qədər ki, onun adamları hakimiyyətdədir, ölkəmizdə vəziyyət gərgin olacaq”.
aim.az
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr