Makron Ermənistana niyə səfər edir? - TƏHLİL
16-07-2021 [23:21]
Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bir neçə gün bundan öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakotla görüşü baş tutdu və görüş zamanı N.Paşinyan Fransa prezidenti Emmanuel Makronun yaxın günlərdə Ermənistana səfərə gələcəyini bildirdi.
İlk növbədə onu qeyd etmək lazımdır ki, E.Makronun Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq.
.jpg)
Bəs Makronun Ermənistana gözlənilən səfərinin məqsədi nədir?
- Birincisi, Qarabağda yerləşən terrorçu qruplaşmaları - qondarma rejim təmsilçilərini gücləndirmək, onların silahlandırılmasını təmin etmək
- İkincisi, regional seçkilərdəki uğursuzluqlardan sonra Fransadakı erməni diasporunun dəstəyini qazanmaq
- Üçüncüsü, erməni xalqının inamını tamamilə itirmiş Paşinyana siyasəti dəstək ifadə etmək
- Dördüncüsü, Azərbaycan-Türkiyə modelinə alternativ bir Fransa-Ermənistan “modeli”nin ərsəyə gəldiyini nümayiş etdirmək. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə arasındakı bütün sahələr üzrə vəhdətin, birliyin tarixi kökləri var və hər iki dövlət bir millətin yaratdığı dövlətlərdir. Fransa və Ermənistan arasında isə belə bir model uğurlu ola bilməz.
.jpg)
Frnasa başa düşür ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfsizlik imkanlarını tamamilə itirib, bundan sonra istəsə də Azərbaycan-Ermənistan arasındakı münasibətlərdə hər hansı şəkildə rol ala bilməz.
Heç kəsə sir deyil ki, Fransa həmişə birtərəfli - ermənipərəst mövqe nümayiş etdirib və bu da ATƏT Minks qrupunun həmsədri kimi onun mandatına zidd olub. Əsas suallardan biri budur - Əgər ATƏT-in Minsk qrupu həmsədrliyinin yenidən aktivliyinə zərurət yaransa, Fransanın təmsilçiliyini kim qəbul edəcək? Azərbaycan qəti şəkildə bundan imtina edəcək. Türkiyənin Minsk qrupunun üzvü kimi həmsədrliyə gətirilməsi müzakirəsiz məsələyə çevriləcək. Fransa bunu dərk edir.
.jpg)
Əslində Makronla Paşinyanı birləşdirən müəyyən “dəyərlər” var və hər iki şəxsin münasibətlərindəki “dərinlik” də məhz buna görədir.
Həm Makron, həm də Paşinyan populist - boğazdan yuxarı vədlərlə yadda qaldı. Heç biri öz xalqına verdiyi sözü tuta bilmədi. Aqressiv, hədəfi hesablanmamış çıxışlar, qeyri-real vədlər Makron və Paşinyanı birləşdirən əsas “keyfyyətlərdir”. Məhz bu “keyfiyyət”lərə görə hər iki şəxs öz ölkəsində xalqın etmadından tamamilə məhrum olub.
Makron erməni diasporuna, Paşinyan isə Fransa hökumətinə ümid edir.
- İslamofob siyasət məhz Makronun prezidentliyi dövründə Fransanın daxili və xarici siyasətinin əsas ana xəttinə çevrildi
- Fransada xalqa qarşı sistemli zorakı üsullar siyasəti məhz Makronun dövründə təşəkkül tapdı
Fransa tarixində Makron yeganə prezident oldu ki, onun dövründə sistemik rasizm siyasəti tam bərqərar oldu.
.jpeg)
Ötən ay Fransanın Sent-Etyen şəhərində üç erməni tərəfindən törədilən qətl hadisəsinə görə etiraz aksiyası keçirildi. Üç nəfər erməni 26 yaşlı Yusuf adlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq öldürüb.
Fransa hökumətinin dəstəklədiyi ermənilər burada da heç nədən çəkinməyərək, müsəlman gənci təkləyərək qətlə yetiriblər. Hadisə irqçilik zəminində baş verdiyi heç kəsdə şübhə doğurmur.
.jpg)
2020-i ilin dekabrında Fransada nümayişçilər ən zorakı üsullarla “zərərsizləşdirildi”: polis vətəndaşlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etdi. Təsadüfi deyil ki, həmin vətəndaş aksiyaları “Fransa - polis hüquqlarının ölkəsi” şüarı ilə Fransa tarixinə düşdü.
2021-ci ilin mart ayında Fransada polis zorakılığına və irqçiliyə qarşı kütləvi aksiyalar başlamışdı. Xalq başa düşür ki, Makronun əsas məqsədlərindən biri Fransa polisi ilə xalq arasında dərin çat yaratmaqdır.
2019-cu ilin dünyaca məşhur sarı jiletli”lərin aksiyaları Fransa hökumətinin əsl simasına bir daha işıq tutmuşdu.
.jpg)
İnsan hüquq və azadlıqlarını beşiyindəcə boğan Fransanın Azərbaycanı nədəsə ittiham etməsi, işğalçı Ermənistana “himayəçilik” missiyasını öz üzərinə götürməsi regionda və dünyada baş verən proseslərin nəticəsini dəyişə bilməyəcək. İşğalçını dəstəkləmək işğalçı olmaqda da ağır bəşəri cinayətdir. Amma bu, bizi təəccübləndirmir.
Fransa Ermənistandan da daha böyük işğalçıdır. Çünki Fransa on illər boyu müxtəlif dövlətləri öz işğalı altında saxlayıb, Afrikanın sərvətlərini tamamilə talayıb, bir neçə ölkədə qətliamlar həyata keçirib. Nəticədə milyonlarla insan qətlə yetirilib, yüz minlərlə insan şikəst olub, minlərlə nəsil-söy məhv edilib.
Samir Feyruzov
Azsiyaset.com
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr