MSK yenidən formalaşdırılacaq

img

08-12-2015 [12:59]


Yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası yenidən formalaşdırılacaq. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur. Ümid və Ədalət Partiyası Milli Məclisə keçiriləcək parlament seçkilərində qələbə qazanmadığı üçün MSK-da təmsil olunmaq səlahiyyətini itirib.


Bəs, sözü gedən hər iki partiyanı MSK-da kim təmsil edəcək?

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə aznews.az-a açıqlamasında bildirib ki, bu məsələ yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq:"Parlamentdə təmsil olunan partiyaların sayı artıb. Odur ki, bir neçə partiya öz aramızda bununla bağlı müzakirə aparacağıq. Hər kəs namizəd irəli sürəcək. İrəli sürülən 3-4 partiyanın namizədlərindən biri MSK-ya nümayəndə kimi tədqim ediləcək. Həmin şəxs isə bizim Mərkəzi Seçki Komisiyasında nümayəndəmiz olacaq”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası 71 nəfərlə Milli Məclisdə səs çoxluğu qazanıb. Milli Məclisin digər üzvlərindən 42-si bitərəf , 12 nəfəri isə ayrı-ayrı partiyaların nümayəndələridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA