Fuad Qəhrəmanlı saxlanıb? - Baş Prokurorluqdan açıqlama

img

08-12-2015 [21:45]


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Azadlıq” qəzetinə deyib ki, Fuad Qəhrəmanlı şahid qismində dindirilir.

Onun hansı işlə bağlı dindirildiyi haqda isə mətbuat xidmətində hələlik məlumat yoxdur.

21:17

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu gün evindən polis tərəfindən aparılıb.

Bu barədə həyat yoldaşı, yazıçı Zümrüd Yağmur sosial şəbəkədə məlumat verib: 

"Artıq saatlardır ki, ondan hec bir xəbər ala bilmirəm. Telefonu bağlıdır. Bu xəbəri də ona görə yazmıram ki qorxuram. Yox. Sadəcə bilmənizi istədim. Davam edir 37...".

F.Qəhrəmanlının yeri dəqiq məlum olmasa da, onun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparıldığı ehtimal olunur. Çünki gələnlər onu adıçəkilən idarəyə getməyə dəvət ediblər.

azadliq.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA