Akif Çovdarova qarşı rəsmi ittiham

img

15-11-2015 [16:19]


Ötən gün saxlanılan Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov hazırda Səbail Rayon Məhkəməsinə aparılır.

Mia.az report-a istinadən xəbər verir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb. General Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, eləcə də, vəzifə səlahiyyətlərini aşma və şantajda təqsirli bilinir.

Xatırladaq ki, Akif Çovdarov ötən gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Sabiq dövlət rəsmisi orada dindirildikdən sonra Nərimanov rayonunda yerləşən müvəqqəti saxlama məntəqəsinə gəaparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA