Hafiz Hacıyevdən yeni təyinat

img

17-11-2015 [14:46]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın İdare Heyətinin iclasi keçirilib.
İclasda İdarə Heyətinin üzvləri iştirak edib. İclasda son vaxtlar Azərbaycanda və Dünyada baş verən hadisələr geniş müzakirə edilib. Qeyd edilib ki, ölkədə baş verən hadisələr ölkənin milli maraqlarına və müstəqilliyinə zərərli hal kimi qeyd edilin.

Ölkə prezidentinin apardığı siyasi kurs və atacağı qətiyyətli addımlar MMP tərəfindən dəstəklənir-partiya qeyd edir ki, ölkədə rüşvətxorluq, korrupsiyanın, ədalatsizliyin, məmur özbaşınalığının qarşısını almaq üçün bundan sonra da Prezidentin atacağı addımlar partiya tərəfindən dəstəklənəcək, partiyanın yaratdığı ideoloji qruplar tərəfindən xalq arasında geniş təbliğ olunacaq. 

Bundan başqa, iclasda təşkilati məsələlərə də baxılıb. MMP-nin nizamnaməsinin 6.3.6 bəndinə əsasən iqtisad elmler doktoru, professor Səfərov Müstəcəb Müzəffər oğlu partiyanın "iqtisadi məsələlər üzrə sədr müavini təyin edilib.İclasda bu və ya başqa məsələlər müzakirə edilib. 

MMP mətbuat xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA