Ramil Usubov yeni rəislər təyin etdi

img

14-11-2015 [15:41]


Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən azad edilib. O, Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Axar.az xəbər verir ki, nazirin digər əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (PŞ) Cinayət axtarışı bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala Rayon Polis Şöbəsinə rəis gətirilib.

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, daxili işlər orqanlarından xaric edilib. Yasamal Rayon Polis İdarəsinin rəis müavini Cavid Muradov onun yerinə təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq