"Məcburi köçkünləri təhqir edən Qorxmaz Əlili kimilər..." - Gənc yazar aktyor-şoumenə "dərs keçdi"

img

31-10-2015 [18:34]


"Son dövrlər məcburi köçkünlər Qorxmaz Əlili kimi tərəfindən təhqir edilir. Çox təəssüf ki, bəzən adi vətəndaşlar da onlara sosial şəbəkə vasitəsilə dəstək olurlar”.

Bunu Mia.az-a açıqlamasında gənc yazar Tağı Kərimli aktyor-şoumen Qorxmaz Əlilinin sosial şəbəkə vasitəsilə məcburi köçkünlər haqqında işlətdiyi ifadəyə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın hər bölgəsi bizim üçün əziz olmalıdır:

"Hesab edirəm ki, ölkəmizin hər bir bölgəsi bizim vətənimiz olmalıdır. Fərq qoyulmamalıdır kim hansı bölgədəndir. Nə qədər ki, biz bu təfəkkürlə yaşayacayıq, bir neçə onilliklər keçsin, həmin ərazilər də işğal olunacaq. Qorxmaz Əlili kimilər müharibənin çətinliklərini, əhalinin keçirtdiyi hissləri keçirməyiblər, keçirsəydilər, belə söz danışmazdılar. Mənə elə gəlir ki, bu kimi ifadələrdən Bakıda baş verən zəlzələ zamanı qorxusundan gecə səhərə qədər evinə girə bilməyənlər işlədə bilər”.

Xatırladaq ki, "Ölkə.az saytı Qorxmaz Əlili  sosial şəbəkədə Azərbaycanın ən qocaman jurnalistlərindən olan Şirməmməd Hüseynovun televiziyadakı çıxışına münasibət bildirərkən bu sözləri yazıb:

"Dilinə qurban, de, danış. Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. İyirmi faiz əsil qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər".

MİA.AZ



Digər xəbərlər
SON XƏBƏRLƏR