104 saylı dairədə ciddi qanun pozuntusu

img

22-10-2015 [20:24]


104 saylı Gədəbəy-Tovuz Dairə Seçki Komissiyasında ciddi qanun pozuntuları aşkarlanıb. 

Həmin dairədən bitərəf namizəd Nazim Məmmədovun Seçki Qərərgahından verilən məlumata görə Düzrəsullu MnSK-nın sədri Hacıyev Sübhan namizəd-rektor Nazim Hüseynlinin yaxın qohumu olsa da, bu fakt gizlədilib. N.Məmmədovun DSK-ya müraciətimdən sonra o, sədrlikdən kənarlaşdırılıb.

Qərərgahdan verilən məlumata görə digər namizədlərdən ikisinin təbliğat kampaniyası Seçki Məcəlləsinin müddəalarını kobud pozuntusu ilə müşahidə edilir. Bu barədə DSK sədrinə şifahi və yazılı müraciət olunub. O, problemlərin bu gün yoluna qoyulacağına söz verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA