Nazim Məmmədov kütləvi görüşlər keçirib - FOTOLAR

img

20-10-2015 [16:57]


104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Nazim Məmmədov kəndlərdə görüşlərini davam etdirir. Namizədin Seçki Qərərgahından verilən məlumata görə, o, iki gün ərzində Tovuz rayonunun dağ kəndlərində seçicilərlə bir araya gəlib, onların problemərini dinləyib, platformasını çatdırıb.

Məlumatda bildirilir ki, Ağbulaq kəndinin sakinləri ilə bir araya gələn N.Məmmədov, kəndin sosial-iqtisadi problemləri ilə tanış olub. Seçicilərə vəd olunub ki, seçkinin nəticələrində asılı olmayaraq onların üzləşdikləri çətinliklər müvafiq dövlət qurumları qarşısında qaldırılıb həllinə nail olunacaq. Xatırladaq ki, bu kəndin iki sakini sakini minaya düşüb. N.Məmmədov yaralıların ailə üzvlərinə, kənd sakinlərinə mənəvi dəstəyini ifadə edib.

Seçki Qərəgahından verilən xəbərə görə, Tovuzun Əsrik kəndində N.Məmmədovun seçicilərlə görüşü qələbəliklə yadda qalıb. Yaxşı tanıdıqları namizədin kəndə gəldiyini eşidən sakinlər onun görüşünə axışıb. Nazim Məmmədovun bildirdiyinə görə seçkinin ədalətli keçəcəyinə onların ümidi az olsa da, o inamı onlara qaytarıb. Görüşdə kəndin problemləri qaldırılıb, onların həlli yolları ətrafında sakinlərlə diskusiya aparılıb. Namizəd də seçicilərinə proqramını, platformasını açıqlayıb. Daha sonra N.Məmmədov Tovuz rayon Ağsaqqallar Şurasının sədri Fərman müəllimi Əsrik kəndindəki evində ziyarət edib, onunla söhbət edib. Fərman müəllim də N.Məmmədovun reytinqinin yüksək olduğunu ifadə edib. Çataq kəndində görüşdə də seçicilər problemlərini Nazim Məmmədovun nəzərinə çatdırıblar. Bu kənddən yuxarıda yeləşən Böyük Qışlaq kəndi qazlaşdırılıb, kəndi mavi yanacaqla təmin edən qaz borusu isə qazssız qalan Çatax kıəndinin içindən keçir. Sakinlər haqlı olaraq narazı salan bu faktı Nazim Məmmədov böyük təəssüf hissi ilə qarşılayıb. O, sakinlərə qaz və digər sosial problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyini bildirib.

Qaz problemi Tovuzun böyük kəndlərindən olan Əhmədabad kəndinin də əsas problemlərindən biridir. Sakinlərlə görüşən Nazim Məmmədov 1993-cü ilə qədər qazla təmin olunan, 580 seçicisi olan kəndin mavi yanacaq probleminin tezliklə həllinin vacibliyini vurğulayıb.

Namizədin diqqətini çəkən problemlərdən biri də sakinlərin bir qisminin kəndi tərk etməsi olub. "Əhmədabad kəndi bom-boşdur. Yeganə normal bina məktəb binası olsa da, onun da siniflərin də seyrəklik var"-deyə namizəd təəssüflə vurğulayıb.

Nazim Məmmədovun seçicilərlə daha bir kütləvi görüşü Dondar Quşçu kəndində baş tutub. İctimai fəallar ağsaqqalları Bahadur müəllim başda olmaqla namizədin platforması, proqramı, problemlərin həlli ilə bağlı fikirləri ilə tanış olublar. Görüşdə Nazim Məmmədov reytinqinin yüksək olduğu, seçicilərin böyük əkəsriyyətinin ona səs verəcəkləri ifadə olunub.

Daha sonra Tovuz şəhərinə gələn Nazim MəmmədovAğbulaq kəndinin minaya düşmüş, ayağı amputasiya olunmuş sakini Elvini ziyarət edib, özünə və yaxınlarına mənəvi dəstəyini ifadə edib. Namizəd bildirib ki, həkimlər və tibb bacıları əllərindən gələn hər şeyi ediblər. Tovuz Mərkəzi Xəstəxanasında da müasir standartlara uyğun şərait var.

Seçki Qərərgahından verilən məlumatda qeyd olunur ki, bu günə qədər keçirilən görüşlərdən belə qənaətə gəlmək mümkündür ki, Nazim Məmmədov dairədə seçicilərin yüksək etimad göstərdiyi yeganə namizəddir. Digər iddiaçıların əksəriyyəti ümumiyyətlə bölgəni gəzib sakinlərlə göürşməkdə maraqlı deyillər. Hakim partiyanın rəsmi namizədi Rafiq Məmmədhəsənov isə ümumiyyətlə seçicilərlə görüşməyi özünə rəva görmür. 






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA