Nazim Məmmədov Tovuzun kəndlərində! - Əsas rəqibi isə təbliğat-təşviqatdan imtina edib

img

15-10-2015 [14:29]


104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış iqtisadçı alim Nazim Məmmədov bölgədə təbliğat-təşviqat kampanıyasını uğurla davam etdirir.

N. Məmmədovun Seçki Qərargahının yaydığı məlumata görə, namizəd təbliğat-təşviqat görüşlərinə başlamazdan əvvəl Tovuz rayonunun Azaflı kəndində bölgə əhalisinin inanc yeri olan Qərib Seyid ziyarətgahını ziyarət edib. Daha sonra Nazim Məmmədov kənd sakinləri ilə görüşüb. Onların suallarını cavablandırıb, millət vəkili seçiləcəyi təqdirdə həyata keçirəcəyi proqramı açıqlayıb.

Seçicilərlə növbəti izdihamlı görüş Bayramlı kəndində baş tutub. Namizəd sakinlərə öz platformasını açıqlayıb, seçicilərin problemlərini dinləyib.

Seçki Qərərgahından verilən məlumata görə Nazim Məmmədovun vəkilləri Tovuzun, Çeşməli, Qaralar kəndində təbliğat-təşviqat görüşləri keçiriblər. Vəkillər bütün görüşlərdə seçicilərin Nazim Məmmədova böyük rəğbətlə yanaşdıqlarının şahidi olublar.

Qərərgahdan bildirilib ki, seçki dairəsində YAP-ın rəsmi namizədi hazırki deputat Rafiq Məmmədhəsnov təbliğat-təşviqatla məşğul olmur. Bir neçə gün əvvəl bölgəyə gələn R.Məmmədhəsənov qısa müddət sonra Bakıya qayıdıb. Nazim Məmmədov seçki dairəsində fəal təbliğat-təşviqat kampanıyası aparan yeganə namizdəddir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA