Ziya Məmmədovun icra başçısı olan qohumunun “vurulması” xəbərinə – Reaksiya

img

13-10-2015 [11:41]


"Mansur Məmmədov hazırda iş başındadır”.

Bunu AzNews.az-a açıqlamasında Ucar Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Umudov bildirib. Onun sözlərinə görə, hazırda Mansur Məmmədov Ucar rayon vətəndaşlarını qəbul edir: "Məlumatı internetdə oxudum və cənab başçıya dedim. O, bu xəbərlərə sadəcə güldü”.

Qeyd edək ki, Avropa.info Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov üç gündür işə çıxmaması haqqında məlumat verib. Xatırladaq ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. O, bundan əvvəl Zərdab, Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA