Bəzi univresitetlər Mingəçevirə köçürülə bilər

img

13-10-2015 [16:35]


Azərbaycanda bir neçə universitetin paytaxtdan Mingeçivirə köçürülməsi təklif olunur.

Bu təkliflə həmin şəhərdən seçilən deputat Aydın Mirzəzadə Milli Məclisdə çıxış edib. Deputat Mingəçevirdə hərbi lisey açılmasının da məqsədəuyğun olduğunu vurğulayıb.

Daha sonra A.Mirzəzadə təhsil krediti məsələsinə toxunub. O, bildirib ki, hazırda on minlərlə gəncin təhsil kreditinə ehtiyacı var və bu istiqamətdə hökumətin müəyyən tədbirlər atması vacibdir.

Daha sonra çıxış edən deputat Qənirə Paşayeva da çıxışında sərhəd kəndlərində sahibkarlara vergi güzəştlərinin təbiq edilməsi təkllifi ilə çıxış edib. Həmçinin millət vəkili seçildiyi Tovuz rayonunda olan bir sıra sosial problemlərdən danışıb.

azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA