Parlamentin son iclasının gündəliyi dəyişdi

img

15-10-2015 [14:49]


Azərbaycan Milli Məclisinin (MM) IV çağırışda son plenar iclasının gündəliyi dəyişdirilib və gündəliyə əlavə layihələr salınıb.


Mia.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, oktyabrın 20-də keçiriləcək iclasın gündəlyindəki məsələlərin sayı 25-dən 33-ə qaldırılıb. Gündəliyə 2016-cı il üzrə büdcə zərfinin təsdiqi ilə yanaşı, bir neçə ölkə ilə Azərbaycan dövlətinin imzaladığı sazişlər, "Məhkəmə-Hüquq Şurası haqqında”, "Məhkəmə və hakimlər haqqında”, "İnformasiya əldə etmək haqqında”, "KİV haqqında” və digər qanunlara dəyişikliklər salınıb.

Xatırladaq ki, son iclasın tarixində də dəyişiklik olunub, oktyabrın 23-də keçirilməsi nəzərdə tutulan iclas ayın 20-ə təyin edilib.

Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış üzrə seçkilər keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA