İmişlidə görünməmiş seçki oyunu - namizədin yerinə DSK məktub yazıb

img

06-10-2015 [17:07]


"Azadlıq 2015” seçki blokunun 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədi Mirismayıl Hadi indiyə qədər görünməmiş qanun pozuntusu ilə üzləşib.

Belə ki, iki gün öncə namizədliyi Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınmayan iddiaçı MSK-ya şikayət edib. Rəsmi qurum isə 5 oktyabr tarixli iclası ilə bağlı yaydığı məlumatda M.Hadinin şikayətini geri götürdüyü barədə məlumat yayıb. 

Müsavat.com-a açıqlamasında isə M.Hadi bildirib ki, o, şikayətindən imtina etməyib: "Namizədliyim 79 saylı İmişli Seçki Dairəsindən "Azadlıq 2015” seçki bloku tərəfindən irəli sürülüb. İki gün öncə DSK deputatlığa namizədliyimi qeydə almaqdan imtina etdi. Səlahiyyətli nümayəndəm İsrailov Məzahir tərəfindən MSK-ya şikayət olundu. Bu gün MSK-nın şikayətimizə baxmalı olduğu iclasına gəldik. Hazırda iclas keçirilən yerin önündəyik. İndi məlumat alırıq ki, MSK-nın dünənki iclası barədə məlumat yayılıb. Məlumat bildirilir ki, guya mən şikayətimdən imtina etmişəm. Bununla maraqlandıq. Bizə məlumat verdilər ki, guya onlara şikayətdən imtina ilə bağlı 79 saylı İmişli Seçki Dairəsinin möhürlü teleqramı daxil olub. Bu, çox əcaib olaydır. Görünməmiş bir saxtakarlıqdır. Bu məsələyə aydınlıq gətirilməsini tələb edirik. Bu, Azərbaycanın seçki tarixində ilk belə hadisədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA