"...şantajdır, ictimaiyyəti çaş-baş salmaq üçündür" - Nazirin deputat qardaşından açıqlama

img

06-10-2015 [15:41]


"Bütün mətbuat ictimaiyyəti bilsin ki, biz Məmmədovlara qarşı heç bir qərəzli mövqe yoxdur”.

Mia.az xəbər verir ki, bu sözləri Modern.az saytına açıqlamasında deputat Elton Məmmədov son vaxtlar nəqliyyat naziri olan qardaşı Ziya Məmmədov, qardaşı oğlu Anar Məmmədov və digər bacı və qardaşları haqqında mətbuatda gedən informasiyalara münasibət bildirərkən deyib. O, qeyd edib ki, onlar ölkə rəhbərliyinin ətrafında sıx birləşən bir ailədir, nəsildir:

"Bizə həvalə edilən bütün səlahiyyətlərimiz çərçivəsində ölkəmizə, dövlətimizə, xalqımıza xidmət edirik. Qalan şayiələr yanlışdır, şantaj xarakterlidir, sadəcə ictimaiyyəti çaş-baş salmaq üçündür”.

Elton Məmmədov özünün yenidən namizədliyini verməmisini elmi fəaliyyətlə məşğul olması ilə əlaqələndirib. "Kifayət qədər böyük həcmli, tutumlu elmi layihələrim var, elmi tədqiqatlarımla məşğul olacam. 5 il deputatlıq səlahiyyətinin icrası ilə məşğul oldum. Seçicilərimə təşəkkür edirəm ki, məni 15 il dəstəkləyiblər, prezidentə təşəkkür etdim. Alim, professor kimi fəaliyyətimi davam etdirmək istəyirəm”.

Deputat eyni zamanda Qolf klubunun açılışında Azərbaycanın Qolf Federasiyasının prezidenti Anar Məmmədovun iştirak etməməsini belə izah edib:

"Mütləq deyil ki, hər hansı bir açılışda federasiya prezidenti və yaxud nazir iştirak etsin. Protokol var, orada müəyyənləşdirilir ki, tədbirə hansı formatda dəvətlər edilir. Bu mənada kiminsə fərdi yanaşması fərdi mülahizəsi, özünəsərf edən düşüncə tərzi ilə ictimaiyyətə açıqlama verməsi hesab edirəm ki, yanlış fikirlərdir. Bundan isə uzaq və səmimi olmaq lazımdır. Ona görə də biz səmimi insanlarıq və cənab prezidentin ətrafında sıx birləşən, onun tapşırığı və tövsiyyəsi ilə xalqa xidmət edən ziyalılarıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA