Ziya Məmmədovun deputat qardaşı rəsmən geri çəkildi - Açıqlama

img

03-10-2015 [11:14]


"Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkilərinə namizədliyimi öz istəyimlə irəli sürmədim”.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədovun qardaşı,deputat Elton Məmmədov deyib. O bildirib ki, çoxsaylı seçicilərin müraciətinə rəğmən, namizədliyini verməkdən imtina edib: "Təəssüflənməyə ehtiyac yoxdur. Mən 15 il dövlətin qanunverici orqanında təmsil olunmuşam. Seçicilərimin etimadını doğrultmuşam. Çoxsaylı seçicilər mənə müraciət etdi. Amma böyük layihələrim, elmi işlərim var, sadəcə zamanım olmadığı üçün bu qərarı verdim”.

Elton Məmmədov

Mia.az xəbər verir ki, Elton Məmmədov ötən seçkidə doğulduğu rayonu əhatə edən 91 saylı Ucar seçki dairəsindən deputat seçilib. Budəfəki seçkidə isə YAP onun deyil, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsinin böyük məsləhətçisi, Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynovun namizədliyini irəli sürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA